Əsas səhifə » Zindiq nədir?

Zindiq nədir?

Azer Voice

Bakı,AzerVoice

Zindiq  (ﺍﻟﺰﻧﺪﻳﻖ) pəhləvicə “zendik” kökündən “zindiq” III əsrdən Sasanilərin Manixeizm (Maniçilik) mənsubları üçün istifadə etdikləri terminin İslam ədəbiyyatında Allah, tövhid və axirət inancını inkar etdikləri halda inanmış kimi görünən müxtəlif dini qruplar üçün istifadə olunan şəklidir.
Təzyiqə məruz qaldıqları zaman müsəlman görünən, sərbəst qalarkən əmr və qadağalarının sərtliyinə görə İslam cəmiyyətinə qarşı çıxan qruplar “zindiq” adlandırılmış və onlara qarşı mübarizə Abbasilər dövründə qurulmuş “Divanüz-zənadiqə” qurumu çərçivəsində mütəşəkkil forma almışdır.
Bəzi İslam alimlərinə görə, göstərilən təzyiq onların sabiq din və mədəniyyətərinə daha dərindən bağlanmasına səbəb olmuşdur.

Digər Kateqoriyalar

2023 © AzerVoice