Əsas səhifə » İran mifologiyasında Anşerto nədir?

İran mifologiyasında Anşerto nədir?

Azer Voice

Bakı,AzerVoice

İran mifologiyası qədim İranda yayılmış bir mifologiyadır. İran mifologiyasının formalaşmasının ilkin mərhələsi Hind-İran icması dövrünə aiddir.

Mifologiyanın əsas mətni şair Firdovsinin X–XI əsrlərin əvvəllərində yazdığı “Şahnamə”dir. Firdovsinin əsəri təkcə “Avesta”dan deyil, həm də “Bundahişn” və “Denkard” kimi sonrakı dövrlərə aid mətnlərdən də zərdüştiliyin hekayələri və personajlarına istinad edir. Hər halda, İran mifologiyasının bərpası üçün istifadə edilən əsas mənbə “Avesta”dır.

İran mifologiyası Hindistanın veda mifologiyasına yaxındır. Ortaq Hind-Avropa əsasına qayıdır.İran mifologiyasının qədim təbəqəsinin bir çox adları veda ilahilərinin adları arasında ümumi köklərə malikdir. Məsələn, sonradan Cəmşid olmuş Yima əslində veda tanrısı Yamadır. Cəmşid hekayəsi Qədim İran mifologiyasının ən dolğun əfsanələrindən biridir.

banner

Bütün bunlarla yanaşı müasir İraqnda yayğın olan mifologiyalarda türk miflərinə də rast gəlmək olur və hətta türk miflərinin şəhər insanları arasında daha yayğın olduğunu  görmək olur.

AzerVoice İranda yayğın olan mifiloji “varlıqlar” haqqında məlumataları mütəmadi olaraq təqdim edir.

Fars körfəzi xalqlarının inancında “Anşerto” adlı məxluq var. O, balaca başlı, insan kimi danışan güclü amfibiyadır. Anşertolar bəzə sürü halında bəzən də tək yaşayırlar.

Anşertoların qoltuqlarının altında üzgəclər var və bu üzgəclər onlara balıq kimi üzməkdə kömək edir.
Bəzi rəvayətlərə görə, bir çox balıqçılar onları tutub, lakin bu  məxluqlar sudan çıxdıqdan sonra tez bir zamanda ölürlər.
Bəzi rəvayətlərdə isə dənizçilərin onları tutduğu və sahilə çıxardığl deyilir. Hətta bir rəvayətə görə. Bir dənizçi bir Anşerto qızı  sahilə çıxara bilib və daha sonra onunla evlənib.Dənizçi onun qaçmasından ehtiyatlanaraq, onu zirzəmidə qandallı halda saxlayıb.

Digər Kateqoriyalar

2023 © AzerVoice