Əsas səhifə » Artrit nədir?

Artrit nədir?

Azer Voice
Artritdə müşayiət olunan simptomlar: Oynaqlarda ağrılar və bəzən sızıltı. Qızdırma və ağrı müşahidə olunan yerlərdə istilik. Ağrı olan nahiyələrdə şişkinlik. Hərəkətliliyin məhdudlaşması.

Bakı,AzerVoice

Artrit (arthrītis)oynaqların hər hansı bir iltihabıdır. Artrit artrozun ağırlaşması ola bilər, eyni zamanda bir sıra digər səbəblərə görə də baş verə bilər. Bu səbəblərə travma, infeksiya, metabolik pozğunluqlar daxildir.

Beləliklə, artroz və artritin müalicəsində fərqlərlənir. Artrit, etologiyadan (artritin səbəbi) asılı olaraq müxtəlif mütəxəssislər tərəfindən müalicə olunur.

Artrit deformasiya edən artroz zamanı bir komplikasiya kimi baş verə bilər. Buna həddindən artıq çəki, hipotermiya, infeksiyadan sonra ağırlaşmalar və bir sıra digər səbəblər ola bilər.

banner

Artrit inkişaf edərsə, xəstələrdə ağrılar çoxalır, eləcə də oynaq boşluğunda artıq miqdarda sinovial maye aşkar edilir.

Artritdə müşayiət olunan simptomlar:

Oynaqlarda ağrılar və bəzən sızıltı.
Qızdırma və ağrı müşahidə olunan yerlərdə istilik.
Ağrı olan nahiyələrdə şişkinlik.
Hərəkətliliyin məhdudlaşması.

Bu simptamları müşahidə etdiyiniz zaman özünümüalicə etmək yox, həkimə müraciət etmək lazımdır.

Digər Kateqoriyalar

2023 © AzerVoice