Əsas səhifə » Məscid nədir?

Məscid nədir?

Azer Voice

Bakı,AzerVoice

Məscid (ﺍﻟﻤﺴﺠﺪ) ərəb dilində “səcdə etmək” kökündən “səcdə edilən yer” mənasında İslam dininin məbədi üçün istifadə edilən termindir.
İlk müsəlmanlar Məkkədə Darülərqamı, bəzi səhabələrin evlə-rini məscid kimi istifadə etmiş, hicrətdən əvvəl Mədinədə də məscid funksiyası yerinə yetirən yerlər müəyyənləşdirilmişdir.

Məhəmməd peyğəmbərin hicrət səfəri əsnasında Mədinə yaxınlığındakı Qubada inşa etdirdiyi məscid peyğəmbər tərəfindən ibadət məqsədilə qalıcı olaraq inşa edilmiş ilk məscid hesab olunur.

Hicrətlə birlikdə Mədinədə Cümə namazının qılındığı Məscid ən-Nəbəvidən başqa gündəlik namazların qılınması üçün müxtəlif məhəllə və qəbilələr arasında məscidlər inşa edilmişdir.

banner

İslamın Ərəbistan yarımadasında yayılması prosesinə paralel olaraq ərəb qəbilələrinin adları ilə adlandırılan məscidlər inşa edilmişdir.

İslam fəthləri zamanı dini-sosial həyatın mühüm bir hissəsi kimi məhəllə məscidləri və mərkəzi camenin inşası böyük əhəmiyyət daşımışdır

Digər Kateqoriyalar

2023 © AzerVoice