Səudiyyə Ərəbistanı Kralı Salman bin Əbdüləziz Ramazan ayının gəlişi münasibətilə ölkə vətəndaşlarına, rezidentlərə və bütün İslam dünyasına müraciət edib. Kral Salman mübarək ayın başlaması münasibətilə təbriklərini çatdıraraq, Ramazanın ruhani təmizlənmə, həmrəylik və xeyirxah əməllər üçün mühüm fürsət olduğunu vurğulayıb. O, Səudiyyə Ərəbistanının iki müqəddəs ocağa və zəvvarlara xidmət etmək şərəfinə sadiq qalacağını bir daha bəyan edib.
Kənd Təsərrüfatı Nazirliyində Azərbaycanda səfərdə olan Birləşmiş Ərəb Əmirliklərinin iqlim dəyişikliyi və ətraf mühit naziri Amna bint Abdulla Əl Dahak Əl Şəmsinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.
Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) iqlim dəyişikliyi və ətraf mühit nazirinin rəhbərlik etdiyi nümayəndə heyətinin ölkəmizə səfəri çərçivəsində bu ölkə ilə qida və kənd təsərrüfatı sahələrində birgə fəaliyyətə dair müzakirələr aparılıb.
Bakıda "Tərəfdaş ölkələrin qabiliyyət uyarlılığı təşəbbüsü - 2026" təlim kursu keçirilir.
Ermənistan vətəndaşı Ruben Vardanyanın barəsində cinayət işi üzrə açıq məhkəmə iclasında yekun məhkəmə qərarı (hökm) elan olunub.
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Serbiya Respublikasına səfəri ilə bağlı görüntülər paylaşılıb. Paylaşımda deyilir: "Prezident İlham Əliyevin Serbiya Respublikasına rəsmi səfəri (15-16.02.2026)".
Türk Dövlətləri
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 11 illik fasilədən sonra Efiopiyanın paytaxtı Əddis-Əbəbəyə rəsmi səfər edib. Efiopiya Baş naziri Abiy Əhməd ilə keçirilən birgə mətbuat konfransında Ərdoğan regional təhlükəsizlik məsələlərinə toxunub. O, İsrailin Somalilendi tanımaq cəhdlərini tənqid edərək "İsrailin Somalilendi tanımasının nə Somalilendə, nə də Afrika Buynuzuna bir faydası yoxdur"-deyə bildirib. Türkiyə lideri regionun xarici güclərin mübarizə meydanına çevrilməsinin əleyhinə olduqlarını vurğulayıb.
Livanda bir neçə saat ərzində Bəqa (şərqdə) və cənub arasında hərəkət edən bir sıra İsrail zərbələri nəticəsində "İslami Cihad" və "Hizbullah" üzvləri hədəf alınmaqla 5 nəfər həlak olub. Bu hadisələr Livanın Baş naziri Navaf Salamın Münhendə hökumətinin atəşkəsə nəzarət üzrə "mexanizm"də (mecanism) rolunu genişləndirməyə, "Hizbullah"ın tərksilah edilməsi səylərini gücləndirməyə açıq olduğunu bəyan etdiyi bir vaxta təsadüf edir.
Amerika Birləşmiş Ştatlarını Donald Trampın idarə etdiyi bir dövrdə yaşadığımız üçün onun Yaxın Şərq ölkələrinə dair hər hansı mövqeyinə və ya bəyanatına təəccüblənməməliyik. Lakin onun "Truth Social" platforması vasitəsilə "Koordinasiya Çərçivəsi"nin (İtar ət-Tənsiqi) Nuri əl-Malikini növbəti hökumət başçısı namizədi kimi seçməsinə etiraz etməsi, Malikinin adını çəkərək onu "çox pis seçim" adlandırması nə siyasətçilərin, nə də müşahidəçilərin ağlına gəlməyən bir hadisə idi.
Donald Trampın ikinci prezidentlik müddətinin ilk ili həm daxili, həm də xarici siyasətdə kəskin dönüşlər və sürətli dəyişikliklərlə dolu bir "siyasi Amerika təpələri" (roller coaster) kimi keçdi və Yaxın Şərq bu gərgin hərəkətliliyin mərkəzində oldu. Onun regional fokusu iki əsas amillə müəyyən edildi: aşkar özünəinam və tarixdə irəli mövqe tutmaq istəyi, digər tərəfdən isə hadisələrin sürətlə inkişaf etdiyi və aktorların hesablamalarının bir-birinə qarışdığı qeyri-sabit regional mühit.
Vaşinqton və Tehran müasir tarixin bəlkə də ən ciddi hərbi qarşıdurma riskinə yaxın olsalar da, hələ ki, klassik bir müharibənin astanasında deyillər. Hazırkı mərhələdə ən çox gözlənilən ssenari İranın ABŞ tərəfindən işğalı və ya genişmiqyaslı regional müharibə deyil, danışıqlar tənliyini yenidən formalaşdırmaq məqsədi daşıyan məhdud və dəqiq hesablanmış zərbədir.
Rusiya Dövlət Duması Federal Təhlükəsizlik Xidmətinə (FTX) ölkə prezidenti Vladimir Putinin aktları əsasında istənilən rabitə növünü bloklamaq hüququ verən qanun layihəsini qəbul edib. Sənəd müzakirəsiz olaraq dərhal ikinci və üçüncü oxunuşda dəstəklənib.
Kimdir - Nədir?
İranın ali dini lideri Ayətullah Əli Xameneinin oğlu Müctəba Xameneii ilə bağlı suallar dünya gündəmindədir. Müctəba Xameneyi (سید مجتبی حسینی خامنه ای) atası kimi rəsmi post tutmasa da, ölkənin olduqca güclü fiqurlarından biridir və atasının yerinə ən real namizəd hesab olunur.
Quranda sözlərin təkrarlanma statistikası diqqət çəkir – İlahi mətnin simmetrik quruluşu araşdırılır
Araşdırmalara əsasən, “mələk” və “şeytan” sözləri 88 dəfə, “cənnət” və “cəhənnəm” isə 77 dəfə qeyd edilir. “Kişi” və “qadın” sözlərinin hər birinin 24 dəfə işlədilməsi də statistik paralellik kimi göstərilir.
Tarix bu gün böyük imperiyaların dəyişimimə və yeni ittifaqların yaranmasına şahidlik edib. 18 fevral – Türkiyə Böyük Millət Məclisinin Şimali Atlantika Alyansına (NATO) üzvlüyü təsdiqlədiyi və Osmanlı İmperiyasında qeyri-müsəlmanlara geniş hüquqlar verən məşhur İslahat Fərmanının elan edildiyi gündür. Bu gün həm də Günəş sisteminin ən sirli cismi Plutonun kəşf edildiyi, İranda yüzlərlə insanın ölümü ilə nəticələnən Nişapur qatar faciəsinin baş verdiyi və NASA-nın 'Perseverance' aparatının Marsa endiyi tarixi gündür. Mikelancelonun vəfatından Qambiyanın müstəqilliyinə qədər – AzerVoice 18 fevralın ən geniş xronologiyasını təqdim edir.
1926-cı il fevralın 17-də Türkiyə Böyük Millət Məclisində (TBMM) qəbul edilən Türk Mədəni Qanunu modernləşmə tarixin daxilində hüquqi birliyi təmin edən və qadınlara ailə və sosial həyatda bərabər hüquqlar tanıyan ən mühüm islahatlardan biri hesab olunur. İsveçrə Mədəni Qanunu nümunə götürülərək hazırlanan bu qanunla ailə institutu dövlət zəmanətinə alınıb və cəmiyyətdə dünyəvi hüquq sisteminə keçid təmin edilib.
Tarix bu gün xəritələrin dəyişməsinə və rejimlərin sarsılmasına şahidlik edib. 17 fevral – Avropanın ən gənc dövləti Kosovonun Serbiyadan ayrılaraq müstəqilliyini elan etdiyi və İslam dünyasında dünyəvi hüquq sisteminə keçidin simvolu olan Türkiyə Mədəni Qanununun qəbul edildiyi tarixi gündür. Bu gün həm də Liviyada Müəmmər Qəddafi rejiminə son qoyan inqilabın başladığı 'Qəzəb Günü', Çinin Vyetnama hücumu ilə sosialist blokunda müharibənin baş verdiyi və əfsanəvi basketbolçu Maykl Cordanın dünyaya gəldiyi tarixdir. Ankara terrorundan Tofiq Quliyevin vəfatına, Teymurləngin ölümündən 'Amerikanın Səsi' radiosunun yayımına qədər – AzerVoice 17 fevralın ən geniş xronologiyasını təqdim edir.
Navalnı on ildən artıq bir müddətdə Putinə və onun partiyasına qarşı "fırıldaqçılar və oğrular" şüarı altında xalq hərəkatı aparıb. O, 2013-cü ildə Moskva merliyinə namizədliyi zamanı böyük dəstək qazansa da, uğursuzluğa düçar olub və Rusiya hakimiyyəti icazəsiz etiraz aksiyaları keçirdiyi üçün onu mütəmadi olaraq həbs edib.



