Əsas səhifə » Kəlmeyi-Şəhadət nədir?

Kəlmeyi-Şəhadət nədir?

Azer Voice
. Kəlimeyi-Şəhadət “Əşhədü ən lə ilahə illəllah və əşhədü ənnə Muhammədən əbduhu və rasuluh” kimi ifadələrdən ibarət olmaqla Allahın varlığını və birliyini, Məhəmmədin Onun bəndəsi və göndərdiyi peyğəmbər olduğuna şahidlik etmədir.

Bakı,AzerVoice

Kəlmeyi-Şəhadət, İslamı qəbul etmənin sözlü ifadəsi və təsdiqidir. Kəlmeyi-Şəhadət “Əşhədü ən lə ilahə illəllah və əşhədü ənnə Muhammədən əbduhu və rasuluh” kimi ifadələrdən ibarət olmaqla Allahın varlığını və birliyini, Məhəmmədin Onun bəndəsi və göndərdiyi peyğəmbər olduğuna şahidlik etmədir.

Gördüyümüz kimi Kəlmeyi-Şəhadət tövhid inancını və Məhəmmədin peyğəmbərliyini ifadə etməklə iki hissədən ibarətdir.
Birinci hissədə Allahdan başqa tanrının olmadığına, ikinci hissədə isə Məhəmmədin Allahın bəndəsi və Rəsulu  (peyğəmbəri) olduğuna şahidlik edilir.
Bu şahidlik qətilik qazanan bir təsdiq olmaqla yanaşı, eyni zamanda inancın sözlü ifadəsidir.
Ənənəyə görə Kəlmeyi-Şəhadəti söyləyən insan müsəlman olur. Bundan sonra o, İslam hüququnun müsəlmanlar üçün müəyyən etdiyi bütün haqq və hüquqlara malik olmaqla yanaşı dinin buyurduğu əmr və qadağaları yerinə yetirməklə öhdəçilik daşıyır. Fiqhdə heç kim Kəlmeyi-Şəhadəti söyləməyə məcbur edilə bilməz, məcbur edilən şəxsin şahidliyi etibarlı hesab olunmur.

banner

Kəlmeyi-Şəhadət belədir: “Əşhədü ən lə ilahə illəllah və əşhədü ənnə Muhammədən əbduhu və rasuluh” (Şahidlik edirəm ki, Allahdan başqa ilah yoxdur və şahidlik edirəm ki, Muhəmməd onun qulu və peyğəmbəridir)

Digər Kateqoriyalar

2023 © AzerVoice