Əsas səhifə » CZN Burak kimdir?

CZN Burak kimdir?

Tasnim Rufizgizi

Bakı, AzerVoice

Əsl adı Burak Özdəmir olan CZN Burak 1994-cü ildə İstanbulda anadan olub. Əslən Hatayın, Yayladağı kəndindəndir.

Burak Özdemir sosial şəbəkədə paylaşdığı yemək videoları ilə məşhurlaşıb. Instagram hesabı yüksək izləyici sayına çatıb. O, videolarında gözünü kameradan çəkmədən yemək bişirməklə tanınır.

O, “Hatay Medeniyetler Sofrası” adlı restoranlar şəbəkəsinin sahibidir. O, “Smiley bae” internet fenomeni kimi tanınıb və sosial media platformalarında aşpazlıq şoularını yayımlayaraq. Dadlı və nəfis yeməkləri ilə yanaşı onu fərli edən bütün kamera qarşısında hər zaman gülməsidir.

banner

Tekstil firmasının sahibi olan atasının dəstəyi ilə 2011-ci ildə Aksarayda Hatay Medeniyetler Lokantası adlı kababxana açıb.

Bir neçə il ərzində müxtəlif filiallar açıb restoranlar şəbəkəsi açıb.

CZN NƏ DEMƏKDİR?

Burak Özdemirin babası kababçılıqla məşğul olsa da, Czn Burakın atası tekstil sənayesində fəaliyət göstərirdi.
Bir müddət tekstil sənayesində işləməyə başlayan Burak Özdemir, tekstil firmasında işləyərkən buraya gələn xarici müştərilərindən biri olan, Cinzaro adlı şəxsin adının qısaltması olan CZN-dən istifadə etməyi seçdi.

Digər Kateqoriyalar

2023 © AzerVoice