Əsas səhifə » Nəcməddin Ərbakan kimdir?

Nəcməddin Ərbakan kimdir?

Laman Asadli

Bakı, AzerVoice

Türkiyənin 33 – cü Baş Naziri, Nəcməddin Ərbakan 29 oktyabr 1926-ci ildə Türkiyənin Sinop şəhərində adanalı Oğuz türklərinin Avşar elindən Kozanoğullarına mənsub olan Məhmət Səid Ərbakanın ailəsində dünyaya gəlib. Nəcməddin Ərbakan ibtidai təhsilinə Kayseridə başlayıb. 1937-ci ildə bu məktəbi əlaçı şagird kimi bitirib.

Nəcməddin Ərbakan həmin ildə İstanbul Oğlanlar Liseyində orta təhsilini davam etdirib. Ərbakan həmin liseyi əlaçı tələbə kimi bitirib. O zamanlar orta məktəbi əlaçı şagird kimi bitirənlər ali məktəblərə imtahansız qəbul olunurdu. Lakin Nəcməddin Ərbakan imtahansız qəbul olunmağı rədd edərək imtahana girmiş və yüksək nəticə göstədiyinə görə İstanbul Texniki Universitetinin ikinci kursuna qəbul edilib. İbtidai təhsilinə altı yaşından, universitetə də ikinci kursdan başlamaqla özündən iki yaş böyük olanlarla eyni sinifdə təhsil alıb. Bu yoldaşlarından biri də Süleyman Dəmirəl olub.

Nəcməddin Ərbakan 1948-ci ilin yayında İTU Makina fakültəsini müvəffəqiyyətlə bitirmiş və elə həmin ildə – 1 iyunda Makina fakültəsinin “Motorlar” kursunda aspirant kimi işləməyə başlayıb. 1948–1951-ci illər arasındakı 3 illik aspirantlıq dövründə o vaxtlar doktorluq disertasiyasını əvəz edən bir dissertasiya hazırlayıb. Kurslarda dərs vermək dosent və professorların səlahiyyətində olmasına baxmayaraq aspirant olduğu halda dərs verməsinə icazə verilib. Dissertasiyasındakı müvəffəqiyyətinə görə universitet tərəfindən 1951-ci ildə Aaxen Texniki Universitetində elmi araşdırmalar aparmaq və bilik və təcrübəsini artırmaq üçün Almaniyaya göndərilən Ərbakan alman ordusu üçün araşdırma aparan DVL araşdırma mərkəzində çalışan Prof. Şmit ilə birlikdə müvəffəqiyyətli araşdırmalar aparıb.

banner

Aaxen Texniki Universitetində il yarım ərzində biri doktorluq dissertasiyası olmaqla 3 dissertasiya hazırlayan Ərbakan alman universitetlərində etibarlı olan “DOKTOR-MÜHƏNDİS: Dr-İng” adını alıb.

Almaniya İqtisadiyyat Nazirliyinin Rur ərazisindəki zavodlarda araşdırma aparan heyətə öz istəyi ilə qoşulmuş və 15 gün Rur ərazisindəki bütün ağır sənaye zavodlarını gəzib araşdırma aparmaq imkanı əldə edib.

2010-cu ildə Səadət Partiyasında partiya sədri şeçimlərindən sonra Numan Kurtulmuşun istefasından sonra Erbakan yenidən partiya sədri şeçilib.

Nəcməddin Ərbakan 2011-ci il fevralın 27-də saat 13.40-da ürək çatışmazlığından vəfat edib.

Digər Kateqoriyalar

2023 © AzerVoice