Əsas səhifə » Kim Çen In kimdir?

Kim Çen In kimdir?

Azer Voice
Qərb mediası iddia edir ki, "Kim Çen In bütün gecə içki içməyi və əylənməyi sevir. Kim Çen In atası kimi pop mədəniyyətini sevir və NBA basketbol oyunlarını izləyir. Daily Mail-in məlumatına görə , Kim Çen In İngiltərənin “Mançester Yunayted” futbol klubunun böyük fanatıdır

Bakı,AzerVoice

Kim Çen In ( 김정은 ? ,金正恩 )  8 yanvar 1982-ci ildə , Koreya Xalq Demokratik Respublikasında, Pxenyanda anadan olub. Kim Çen In Şimali Koreyanın siyasi, dövlət, hərbi və partiya xadimidir.Kim  2016-cı ildən KXDR Dövlət Şurasının sədridir və 2019-cu ildə bu vəzifəyə yenidən seçilib.

Kim Çen In, hakimiyyətə gəlməzdən əvvəl nadir hallarda ictimaiyyət qarşısında. Kim 2011-ci ildə atası Şimali Koreya lideri Kim Çen İri əvəzləyib.

Kim Çen Inın hakimiyyəti raket və nüvə silahlarının davamlı inkişafı, kosmik peyklərin buraxılması, iqtisadi islahatlar, Çin Xalq Respublikası ilə dostluq əlaqələrinin inkişafı , eləcə də Cənubi Koreya və
Qərb ölkələri ilə münasibətlərdə dalğalanmalarla yadda qalıb.

banner

Kim Çen In Pxenyanda anadan olub. Rəsmi olaraq onun doğum tarixi 1982-ci il yanvarın 8-i hesab edilir lakin 2009-cu ildə Yaponiya Yayım Korporasiyası (NHK) qeyd edib ki, bu tarix ilk dəfə 2009-cu ilin iyununda rəsmi olaraq elan edilib və əvvəllər alınan məlumata görə, o 1983-cü ildə doğulub.

2012-ci ilin aprelində Kim Çen Inın 1991 və ya 1992-ci ildən İsveçrədə yaşadığını və orada orta təhsil aldığını göstərən yeni sənədlər ortaya çıxıb.

“Washington Post” qəzetinin yazdığına görə , Kim Çen Inın orta məktəbdəki dostları onun “Chicago Bulls” ulduzu Maykl Cordanın səliqəli qələm rəsmlərini çəkərək saatlarla vaxt sərf etdiyini xatırlayırdılar.


Ali təhsilini Kim İr Sen adına Hərbi Universitetdə alıb, dissertasiyanın mövzusu isə, “Qlobal naviqasiya sistemindən (GPS) istifadə edərək taktiki xəritələrin dəqiqləşdirilməsi üçün kompüter modelləşdirməsi”dir.

Kim Çen In həmçinin iki elmi ada layiq görülüb – Kim İr Sen Universitetində fizika elmləri doktoru  və Kim İr Sen Hərbi Universitetində hərb sənəti üzrə elmlər doktoru.
O  ingilis dilini peşəkar səbiyyədə olmasa da yaxşı səviyyədə bilir buna görə də ,rəsmi görüşlərdə tərcüməçidən istifadə edir.

2006-cı ildə Koreya Fəhlə Partiyasının yüksək vəzifəli işçilərinə Kim Çen Inın portretləri olan döş nişanları verildiyi barədə mətbuatda xəbərlər yayılmışdı ki, bu da Kim Çen Inın KXDR lideri kimi atasının varisi olacağı ilə bağlı fərziyyələrə səbəb olmuşdur.

2008-ci ildə Pxenyanda 26 yaşlı Kim Çen In üçün ayrıca iqamətgahın tikintisinə başlanılıb.27 sentyabr 2010-cu ildə Kim Çen In ordu generalı rütbəsinə yüksəlib.

18 iyul 2012-ci ildə o, Silahlı Qüvvələrin Ali Baş Komandanı vəzifəsi və eləcə də marşal titulunu aldı. Dövlət mediası onu tez-tez “marşal Kim Çen In” və ya “marşal” adlandırır. 25 aprel 2022-ci ildə o, KXDR-in generalissimus titulu alıb.

Kimin atası Kim Çen İr 2011-ci il dekabrın 17-də infarktdan öldü, lakin bu, iki gün sonra açıqlandı. Dekabrın 24-də yeganə və hakim partiyanın (ölkədə yalnız bir partiya var) mərkəzi çap orqanı olan “Nodong Sinmun” qəzetində “Kim Çen In ilk dəfə Koreya Xalq Ordusunun Ali Baş Komandanı seçilib” başlıqləı xəbər yayımladı.
Daha sonra, dekabrın 31-nə keçən gecə Koreya Fəhlə Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosu onu rəsmi olaraq ölkənin silahlı qüvvələrinin Ali Baş Komandanı təyin etdi.

O, KXDR lideri olduqdan dərhal sonra çoxları onu Mixail Qorbaçovla müqayisə etdi.

BBC mənbəsinin bildirdiyinə görə, ilkin olaraq Kim Çen Inın ölkəni əmisi Jang Song ilə bölüşəcəyi güman edilirdi (daha sonra, o əmisini 2013-cü ilin dekabrında vətənə xəyanət ittihamı ilə edam etdirdi).

15 aprel 2012-ci hərbi parad zamanı Kim Çen In ilk dəfə ictimaiyyət qarşısında çıxış etdi.

Onun ölkəyə rəhbərlik etdiyi müddətdə, 2012-ci ilin sonunda KXDR, BMT Təhlükəsizlik Şurasının iki qətnaməsini (müvafiq olaraq 2006 və 2009-cu illərdə) pozaraq kosmik güclər klubuna daxil oldu və bununla da beynəlxalq ictimaiyyətin qəzəbinin artmasına səbəb oldu. 2013-cü ilin fevralında Şimali Koreya öz tarixində üçüncü nüvə sınağını uğurla həyata keçirdi.

BMT Təhlükəsizlik Şurasının qətnamələrinə məhəl qoymayan Kim Çen Inın və KXDR-in digər rəhbərliyinin hərəkətlərinin nəticəsi BMT Təhlükəsizlik Şurasının bu ölkəyə qarşı sanksiyaları sərtləşdirməsi ilə nəticələndi. Bu qərar Kimi olduqca qəzəbləndirmişdi və o Vaşinqtonu ABŞ-a nüvə zərbələri endirməklə təhdid etdi.
Bu azmış kimi, Kim KXDR və Cənubi Koreya ilə müharibə birdikdən sonra 1953-cü ildə imzalanmış “Hücum etməmək haqqında müqaviləni” 8 mart 2013-cü ildə ləğv etdi. Kim Çen In nüvə silahının yalnız müdafiə vasitəsi kimi istifadə ediləcəyini qeyd etdi.


Rusiaya Prezidenti  Kim haqqında deyirdi:” Düşünürəm ki, cənab Kim öz oyununda qalib gəldi. O, strateji problemini həll edib, 13 min kilometrə qədər qlobal uçuş məsafəsi olan raketi nüvə raketlərinə sahib oldu. Bu raketlər dünyanın demək olar ki, istənilən nöqtəsinə çata bilir… O, tamamilə savadlı və yetkin siyasətçidir”

Donald Tramp və Kim Çen In arasında görüş 27-28 fevral 2019-cu il tarixlərində Hanoyda (Vyetnam) baş tutub. Danışıqlar zamanı Tramp Koreya yarımadasının tam nüvəsizləşdirilməsində israr etsə də, KXDR lideri bununla razılaşmayıb.

Kim Çen In hakimiyyətə gəldikdən az sonra ölkə Çinin “ islahat və açıqlıq ” siyasətinə bənzər iqtisadi islahatlar həyata keçirməyə başladı. Dövlətin özəl biznesə münasibəti daha loyal xarakter alıb. Hətta xarici investisiyaları cəlb etmək üçün xüsusi iqtisadi zonalar şəbəkəsi də yaradılmışdır.

İlk islahatlar aqrr ahədə aparıldı və bu islaha uyğun olaraq, bir-birinə yaxın

 yaşayan bir ailəyə və ya iki ailəyə “kiçik zəncir” adlı müqavilə imzalamaq imkanı verildi.

Müavilə çərçivəsində hər iki ailəyə əkin üçün torpaq verilir və əldə edilən məhsulun əhəmiyyətli bir hissəsi müqavilə tərfələrinə verilirdi və yalnız kiçik bir hissəsi dövlətə verilirdi. İslahat kənd təsərrüfatında sıçrayışa səbəb oldu. Artıq onun həyata keçirilməsinin birinci ilində (2013) rekord taxıl məhsulu əldə edilmişdir. Sənayedə dövlət müəssisələri faktiki olaraq özünümaliyyələşdirməyə keçirildi.

“İslahatların həyata keçirilməsi özəl müəssisələrin sürətlə artmasına və əhalinin həyat səviyyəsinin yüksəlməsinə kömək etdi” (Rəsmi  KXDR də belə hesab edir)

KXDR-də informasiya texnologiyalarının yayılması prosesi intensivləşib: 2014-cü ildə Çindən 82 milyon 840 min dollar dəyərində smartfon və adi mobil telefonlar idxal edilib. Bu 2013-cü illə müqayisədə 2 dəfə çoxdur.

2013-cü ilin yanvar ayının sonunda Şimali Koreya üçüncü nüvə sınağı keçirmək niyyətini açıqladı.

Fevralın 12-dəKoreya böhranına səbəb olan uğurlu nüvə sınağını rəsmi olaraq elan etdi .10 dekabr 2015-ci ildə Kim Çen In KXDR-də hidrogen bombası olduğunu da elan etdi.

“Kimchenizm”

2021-ci ilin noyabrında Cənubi Koreyanın kəşfiyyat xidmətləri KXDR-in hakim dairələrində “Kimjeungizm” ideoloji terminindən istifadə olunmağa başladığını açıqladı. Kim Çen In Pxenyandakı inzibati binalardan atasının və babasının portretlərinin yığışdırılmasını da əmr etdi. Dövlət mediası Kim Çen Inı “böyük lider” adlandırmağa başladı, əvvəllər yalnız onun babası Kim İr Sen belə adlanırdı. “The Times” qəzetinin yazdığına görə , Kim Çen In bununla öz əcdadlarının kölgəsindən çıxmağa çalışırdı.

The Washington Post 2009-cu ildə yazırdı ki, Kim Çen Inın məktəb yoldaşları onun ” Chicago Bulls super ulduzu Maykl Cordanın karandaşla səliqəli rəsmlərini çəkməyə saatlar sərf etdiyini” xatırladırlar . O, basketbol və kompüter oyunları ilə məşğul idi. 26 fevral 2013-cü ildə Kim Çen In Dennis Rodman ilə görüşdü. Rodman Kim Çen Inın şəxsi adasına səfərini belə təsvir edirdi: “Bu, Havay və ya İbiza adalarına bənzəyir , lakin Kim orada yaşayan yeganə adamdır . ”

Qərb mediası iddia edir ki, “Kim Çen In bütün gecə içki içməyi və əylənməyi sevir. Kim Çen In atası kimi pop mədəniyyətini sevir və NBA basketbol oyunlarını izləyir. Daily Mail-in məlumatına görə , Kim Çen In İngiltərənin “Mançester Yunayted” futbol klubunun böyük fanatıdır.


Kim Çen Inın iqamətgahı Pxenyanın Ryongsong rayonunda yerləşir.

Digər Kateqoriyalar

2023 © AzerVoice