Əsas səhifə » Mədinəyə hicrət edən ilk müsəlmanlardan biri-Əmmar ibn Yasir

Mədinəyə hicrət edən ilk müsəlmanlardan biri-Əmmar ibn Yasir

Azer Voice


Bakı,AzerVoice

Əmmar ibn Yasir (37/658-ci ildəvəfat etmişdir)  Məhəmməd peyğəmbərin ən məşhur səhabələrindən biri olmuşdur. Onun atası əslən Yəmənli idi. O, Məkkəyə hicrət etdikdən sonra onun Əmmar adında oğlu doğulmuşdur. O, İslamı ilk qəbul edənlərdən olmuşdur.
Əmmar ibn Yasir Ərqəmin evində müsəlmanların yığıncaqlarında iştirak etmişdir. Onunla birlikdə ata və anası da İslamı qəbul etmişdirlər.

Buna görə də o, ailəsi ilə birlikdə qüreyşlilərin təqiblərinə məruz qalmışdır. Ancaq, onun və ailəsinin durumu daha ağır idi.

banner

Çünki, onun atası məkkəli deyil idi, anası isə məhzümilər qəbiləsinin qulluqçusu olmuşdur. Buna görə də, onun sahibləri bu ailəyə onları İslamdan imtina etmək üçün təzyiqlər edirdilər. Ancaq, müsəlmanların inancı çox güclü olduğundan onlar bütün bu təzyiqlərə dözərək bu işgəncələri bir sınaq hesab edirdilər. Əmmar və yaxınları bütün bunlara sinə gələrək İslamdan dönmədilər.

Heç bir şey əldə etməyən qureyşlilər isə öncə Əmmarın anası Sümeyyəni, sonra isə onun atasını öldürdülər. Buna səbəbdən də Sümeyyə İslam tarixində inancı uğrunda ilk şəhid olmuş qadındır.
Bütpərəstlər Əmmara da ağır işgəncələr vermişdirlər.

Təqiblərdən qurtulmaq üçün Mədinəyə hicrət edən ilk müsəlmanlardan biri də Əmmar olmuşdur. Orada o, İslamın güclənməsi üçün bütün fəaliyyətlərdə iştirak etmiş, Bədrdən Təbuk döyüşünə qədər bütün müharibələrdə İslam ordusunun sıralarında döyüşmüşdür.

Xəlifə Əbu Bəkrin xəlifəliyi dövründə Əmmar Yəmmamədəki dindən çıxmış ərəb qəbilələrinə qarşı müharibədə iştirak etmişdir. İkinci Raşidi xəlifə Ömər isə onu Kufə valisi vəzifəsinə təyin etmişdir. Bu vəzifədə o təxminən iki il işləmiş, sonra onun yerinə Əbu Musa Əşari keçmişdir.

Üçüncü Raşidi xəlifə Osmanın dövründə Əmmar onun ən inandığı şəxslərdən biri olmuşdur. Osmanın göstərişi ilə o, Misirə gedib oradakı siyasi durumu öyrənmiş, bu bölgədə başlayacaq üsyan xəbərini xəlifəyə çatdırmışdır.

Dördüncü Raşidi xəlifə Əlinin dövründə isə Əmmar onun xəlifəliyini tanımış və Xilafətdə başlayan daxili savaşda onun ordusunda vuruşmuşdur. O, Süffeyn döyüşündə həlak olmuşdur.

ƏMMAR İBN YASİR (37/658-ci ildə

vəfat etmişdir) –

Digər Kateqoriyalar

2023 © AzerVoice