Əsas səhifə » Kəbənin idarəçiliyi yəhudilərə verilibmi?

Kəbənin idarəçiliyi yəhudilərə verilibmi?

Hafiz Rufizoglu

Bakı,AzerVoice

Peyğəmbərimizin (s) dövründə Kəbənin idarəçiliyi yəhudi ailəsinə verilibmi? İddiaya görə,Məkkə əhli buan qarşı çıxsalar da, Peyğəmbərimiz (s) bildirib ki , bu iş səlahiyyətli şəxslərə verilməlidir bu məsələdə təcrübə sahibidirlər. Bu məlumat nə qədər doğrudur?
Kəbənin idarəçiliyinin yəhudilərə verilməsi ilə bağlı heç bir məlumat  yoxdur və bu iddia tam olaraq əsassəzdır.

Məsələnin həqiqəti budur:
Məkkə fəth olunduğu zaman Kəbənin açarı Məkkə fəth edilməmişdən əvvəl müsəlman olan Osman ibn Təlhaya verildi. İbn Təlha Qureyşin Əbdüddaroğulları qəbiləsindən idi.
Qureyşin əcdadı Qusaydan bəri Əbdüddaroğulları Kəbənin baxımı, qapı və açarlarının qorunması, ziyarətçilərin üzünə açılması kimi mühüm bir vəzifə yerinə yetirmişdir. Bu vəzifə atadan oğula keçərək, Osman ibn Təlhaya çatdı.
İslama dəvətin ilk illərindəPeyğəmbərimizə və digər müsəlmanlara şiddətlə qarşı çıxan Osman ibn Təlha öz qəbiləsindən olan gənc Musab ibn Ümeyrin müsəlman olduğunu və gizli namaz qıldığını görəndə ondan ailəsinə şikayət etdi və Allah Rəsulu ilə görüşə bilməməsi üçün onun bir müddət evdə həbs etdirdi.
Bir gün Peyğəmbər Məkkədə Osmanla görüşəndə ​​ona İslamı qəbul etməyi təklif etdi. Lakin Osman, bu təklifi rədd etdi. Peyğəmbər ona gələcəkdə Kəbənin açarlarına sahib olacağını və bu açarları istədiyinə verəcəyini söylədi.
Osman belə bir vəziyyətin Qureyşi alçaldacağını iddia etdi. Osman ibn Təlhanın İslama qarşı düşmənçiliyi hicrətdən sonra da davam etdi.
O, bütün qohumları ilə birlikdə Uhud döyüşündə iştirak etdi. Osman bu  döyüşdə Məkkə mü.riklərinin ordusunda vuruşurdu, döyüşdə onun atası, dörd qardaşı və əmisi öldürüldü.Osman özü canını çətinliklə qurtarıb Məkkəyə qaçdı. Osman yenə Xəndək döyüşündə müşriklərin ordusunda vuruşdu və uğursuz  hücümdan sonra Məkkəyə qayıtdı. Osman ibn Təlhanın İslama baxışı , Hudeybiyyə sülhü əsnasında dəyişməyə başladı. Daha sonra Osman ibn Təlha yaxın dostu Xalid ibn Valid ilə birlikdə İslamı qəbul edərək müsəlman oldular.

Həmçinin oxuyun
Döyüşdə məğlub olmayan azsaylı sərkərdələrdən biri – Xalid ibn Vəlid

Osman ibn Təlha müsəlman olduqdan az sonra Məkkənin fəthində iştirak etdi. Mədinəyə hicrət etməzdən əvvəl Kəbənin açarlarını anasına vermişdi.
Məkkə fəth olunduğu zaman Peyğəmbər Kəbəni təvaf etdi və daha sonra Osmana Kəbənin qapısını açdırdı. İçindəki bütləri qırdı və oranı təmizlədi.

Həmçinin oxuyun
İraq fiqh məktəbinin yaranmasına zəmin yaradan səhabə
Müharibəyə qatılan ilk müsəlman qadın

Kəbənin içində çıxdıqda  səhabələrədn Abbas və Əli, Kəbənin açarlarının onlara verilməsini istədikdə, Allah Rəsulu Osman ibn Təlhaya  üzünü tutaraq, Kəbənin açarları ilə bağlı söhbətlərini ona xatırlatdı.
Buna əsasən belə bir nəticəyə gəlmək olar ki, müsəlmanları öz işlərində mühüm vəzifələrə təyin edərkən onların irsi yaxınlığa görə deyil, müsəlmanlar arasından səriştəli və bacarıqlı şəxslərə təyin edilməsinin məqsədəuyğun olduğunu bilmək lazımdır.

Digər Kateqoriyalar

2023 © AzerVoice