Bakı,AzerVoice
Abdullah ibn Əmir, Məhəmməd peyğəmbərin tanınmış səhabələrindən biri olmuşdur. Əmir ibn Asın oğlu idi. Abdullah ibn Əmir Məkkədə doğulmuşdur. Bəzi rəvayətlərə görə o, səmimi şəxsiyyəti və imanı ilə digərlərindən seçilmişdir. Günlərinin çoxunu ibadətlərdə keçirən Abdullah, müşriklərə qarşı döyüşlərdə iştirak etmişdir. Süffeyn döyüşündə öz atası ilə birlikdə Xəlifə Əlinin tərəfdarları ilə döyüşmüşdür. Digər mənbələrdə qeyd edilir ki, Abdullah orada olsa da, döyüşdə iştirak etməmişdir. Rəvayətlərə görə, Abdullah ibn Əmir öz dövrünün ən elmli insanlarından biri olmuşdur. O, Məhəmməd peyğəmbərdən rəvayət edilən hədislərin yaxşı bilicisi kimi tanınmışdır. Bu istiqamətdə o, bir çox kitablar da yazmışdır. Eyni zamanda, müəllimlik fəaliyyəti ilə də məşğul olmuşdur. O, Ərəb dilini gözəl bilməklə bərabər, qədim yəhudi (ibrani), eləcə də süryani dillərini də bilmişdir. Abdullah ibn Əmir 72 yaşında Misirin Fustat şəhərində vəfat etmişdir.
Həmçinin oxuyun:
Həmzə islamı necə qəbul etdi?
Döyüşdə məğlub olmayan sərkərdə
Müharibəyə qatılan ilk müsəlman qadın
İraq fiqh məktəbinin yaranmasına zəmin yaradan səhabə
İslam mədəniyyətində ərəb ədəbiyyatı
İslamdan əvvəl Ərəbistanda hansı dinlər üstünlük təşkil edirdi?
Quranda Məkkə necə adlandırılır?
Kəbənin idarəçiliyi yəhudilərə verilibmi?
Abbasilər dönəmində İslam
Mənbə:
İSLAM TARİX, FƏLSƏFƏ VƏ HÜQUQ ENSİKLOPEDİK LÜĞƏT
Fəl.ü.e.d. Aydın Əlizadə
Fəl.ü.f.d. Elsevər Səmədov