Əsas səhifə » Zəkat nədir?

Zəkat nədir?

Azer Voice

Bakı,AzerPress

Zəkat, təmizlənmə Çoxalma, bolluq, inkişaf, böyümə mənalarını verir. Bununla yanaşı, İslama görə, zəkat Quranda təyin olunan şəxslərə (kasıblara) zəngin müsəlmanların öz mallarının bir hissəsini verməsidir.
Zəkat ictimai sabitliyi təmin edən ən mühüm ibadətlərdən biridir. Zəkat ibadətinin məqsədi varlı və kasıb arasındakı iqtisadi natarazlığı aradan qaldırmaqdır. Bundan əlavə, zəkat verənlə zəkat alanı yaxınlaşdırmaqdadır.
Kasıbların zənginlərə qarşı narazılığını aradan qaldırır. İslam dininin əsas vacibatlarından biri olan zəkatın əhəmiyyəti Qurani-Kərimdə və Məhəmməd peyğəmbərin bir çox hədislərində vurğulanır.

Həmçinin oxuyun
Dua nədir?
Sədəqə nədir ?
İslamın mənası nədir?

Zəkat təkcə pul deyil; qızıldan, gümüşdən, taxıl və paxlalı bitkilərdən, meyvələrdən, mədənlərdən, nəqliyyatdan, kirayədən və iş yeri gəlirlərindən; Bir sözlə, gəlir gətirən hər şeydən verilir.
Sədəqələr (zəkatlar) Allah tərəfindən bir fərz olaraq ancaq yoxsullara, miskinlərə, (zəkat yığan) işçilərə, qəlbləri İslama isindiriləcək kimsələrə, (azad olmağa çalışan) kölələrə, borclulara, Allah yolunda olanlara və yolda qalan yolçulara aiddir. Allah hər şeyi biləndir, hikmət sahibidir. (Qurani-Kərim 9/60)

Digər Kateqoriyalar

2023 © AzerVoice