Əsas səhifə » Yevangelizm nədir?

Yevangelizm nədir?

Azer Voice

Bakı,AzerVoice

Yevangelizm xristianlıqda dinin əsaslarının, sadəcə, incillərə söykəndiyi və İncilin yayılmasını qarşısına məqsəd qoyan dini cərəyandır. Yevangelizm cərəyanına mənsub olanları “yevangelist xristianlar” adlandırırlar. Yaxın mənada işlədilən yevangelikalizm isə protestantlıqda bir cərəyan olub, İncilin qüsursuzluğu, İncilin təbliğatının vacibliyi, İsa Məsihin insanların günahlarının kəffarəsi məqsədilə özünü qurban etməsinə inanmaqla qurtuluşa nail olmağın mümkünlüyünə etiqad göstərənləri ifadə edir.
Yevangelist xristianlar İsanın dünyanın sonunda ikinci dəfə gələcəyinə inanır, lakin bunun üçün lazımi şəraitin yaradılması zəruridir. Bu məqsədlə yevangelistlər aktiv missioner fəaliyyəti həyata keçirir, dini təbliğatlarını bütün dünyada yaymağa çalışırlar.
Təbliğatlarında müasir informasiya vasitələrindən– televiziya və radio proqramları, internet və sosial şəbəkələrdən geniş istifadə edirlər. Yevangelizm hal-hazırda dünyada ən çox yayılan dini cərəyanlardan biridir.
Amerika Birləşmiş Ştatlarında 27 milyon yevangelist cərəyana mənsub xristian olduğu təxmin edilir.

Digər Kateqoriyalar

2023 © AzerVoice