Əsas səhifə » Tuva Cihangir Atasever kimdir?

Tuva Cihangir Atasever kimdir?

Laman Asadli

Bakı.AzerVoice:

Tuva Cihangir Atasever 12 avqust 1992-ci ildə Ankarada anadan olub. Bilkent Universitetinin Elektrik və Elektronika Mühəndisliyi fakültəsini bitirib. Daha sonra Kaliforniya Universitetində elektrik və elektronika mühəndisliyi üzrə magistr təhsili alıb.

Magistr dərəcəsi aldıqdan sonra T.C.Atasever Türkiyənin ROKETSAN şirlətində beş il avionik sistem mühəndisi işləyib.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 29 aprel 2023-cü il tarixində Atatürk Hava Limanında başlayan dünyanın ən böyük aviasiya, kosmos və texnologiya festivalı olan TEKNOFEST-dəki çıxışında Alper Gezeravcının ilkin, Tuva Cihangir Ataseverin ehtiyat kosmos səyahətçisi olacağını açıqladı.

banner

Türkiyənin ilk pilotlu kosmos missiyası üçün seçilən Atasever ABŞ-da təhsilini davam etdirir.

Xatırladaq ki, A.Gezeravcı 19 yanvar tarixində Floriadadan Beynəlxalq Kosmik Stansiyaya göndərilib.

Türkiyənin İlk Pilotlu Kosmos Missiyası çərçivəsində Alper Gezeravcı 14 gün BKS-də qalacaq və 13 fərqli elmi təcrübə həyata keçirəcək.

İlk türk astronavt Gezeravcı missiyada ispan, italyan və isveçli astronavtlarla birlikdə iştirak edir.

Xəbərlərimizi “WhatsApp” kanalımızdan oxuyun

Digər Kateqoriyalar

2023 © AzerVoice