Əsas səhifə » Teymur Qızıl Orda və Osmanlı dövlətlərinə vurduğu zərbələrə görə türk tarixinin inkişafına necə təsir edib?

Teymur Qızıl Orda və Osmanlı dövlətlərinə vurduğu zərbələrə görə türk tarixinin inkişafına necə təsir edib?

Laman Asadli

Bakı, AzerPress:

Tarixçilər ümumiyyətlə Teymuru Qızıl Orda Dövlətinə vurduğu zərbələrlə rusların güclənməsinə səbəb olmaqda, Osmanlıya vurduğu zərbə ilə Anadolu birliyinin qurulmasına mane olmaqda və İstanbulun ələ keçirilməsini 50 il gecikdirməkdə günahlandırırlar. Müsəlman türk dövlətlərinin səbəbsiz yerə bir-birini zədələdiyini bildirirlər. Bu hadisələrə Osmanlı gözü ilə baxıldığından bu nəticəyə gəlmək normaldır. Ancaq türk tarixinə nəzər saldıqda görürük ki, böyük savaşların çoxu türk dövlətləri arasında baş verib. Göytürklərlə Türgişlər arasında baş verən və iki böyük türk dövlətinin ilk görüşü olan Bolçu savaşlarından sonra türk dövlətləri dəfələrlə döyüş meydanlarında qarşılaşıblar.

Həmçinin oxuyun:
Osmanlı tarixçiləri Əmir Teymurdan necə bəhs edir?
Əmir Teymur kimdir?


Qəznəvilər və Səlcuqlar Dəndənəkanda, Osmanlılar və Ağqoyunlular Otluqbelidə, Osmanlılar və Səfəvilər Çaldıranda, Osmanlılar və Məmlüklər Mercidabık və Ridaniyədə vuruşub.

Teymur Toxtamışın Qızıl Orda taxtına çıxmasına kömək etmişdi. Lakin iki dövlət 1391-ci ildə Kunduzcada və 1395-ci ildə Terekdə Xarəzm və Cənubi Azərbaycan bölgələrində kimin hakim olacağı məsələsi ilə bağlı döyüşdülər. Hər iki müharibədə böyük məğlubiyyətə uğrayan Qızıl Orda öz əvvəlki qüdrətini itirdikcə bundan bəhrələnən Moskva Knyazlığı getdikcə böyüyürdü. Qızıl Orda zəiflədikdən sonra daha 85 il varlığını qorudu. Onun süqutundan əvvəl Əhməd xanın Moskva yürüşü zamanı bu şəhəri ələ keçirəcək gücə sahib idi. Lakin bu zaman Qızıl Orda-Lehistab/Litva ittifaqı Moskva-Krım xanlığı ittifaqı ilə mübarizə aparırdı. Osmanlı İmperiyası Krım xanlığına görə Qızıl Ordaya dəstək vermirdi, əksinə, müxalif ittifaqa da kömək edirdi. Əhməd xanın 1480-ci il Moskva səfəri Krım xanı onun paytaxtına hücum etdiyi üçün uğursuzluğa düçar oldu və bu səfərdən sonra Qızıl Orda Dövləti Krımdan digər zərbələrlə tarix səhnəsindən geri çəkildi. Qızıl Ordanın bu faciəvi şəkildə yoxa çıxmasına diqqət yetirsək, Krım xanlığının və buna görə də Osmanlı dövlətinin rolunu görə bilərik.

banner

Ləman Əsədli

Digər Kateqoriyalar

2023 © AzerVoice