Əsas səhifə » Surə nədir?

Surə nədir?

Azer Voice

Bakı,AzerVoice

Surə lüğətdə “yüksək mövqe, yüksək dərəcə, şan və şərəf, binanın mərtəbələri” kimi mənaları ifadə edir. Termin olaraq ayələrdən meydana gələn, əvvəli və sonu olan müstəqil Quran bölmələrini bildirir. Quranda 114 surə var. Bunların ən qısası üç ayədən ibarət “Kövsər” surəsi, ən böyüyü isə 286 ayədən ibarət “Bəqərə” surəsidir.
Surələr nazil olduğu dövrlərə uyğun olaraq “Məkki” və “Mədəni” olaraq iki yerə ayrılır. Ehtiva etdiyi ayələrin sayına görə “tuval”, “miun”, “məsani” və “müfəssəl” olmaqla dörd yerə ayrılır.

Digər Kateqoriyalar

2023 © AzerVoice