Əsas səhifə » Sultan Raev kimdir?

Sultan Raev kimdir?

Laman Asadli

Bakı. AzerVoice:

Sultan Raev 1958-ci il iyulun 13-də Qırğızıstan SSR-in Oş şəhərində anadan olub. 

Əmək fəaliyyətinə 1979-cu ildə “Qırğızıstan mədəniyyəti” qəzetində başlayıb, 1984-cü ildə Qırğızıstan Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib.

Yazı sahəsində müxtəlif əsərləri olan, 14 dövlət, müxtəlif fond və beynəlxalq təşkilatların mükafatları olan Raev 2011-ci ildə xalq yazıçısı adını alıb.

banner

Qırğızıstanın mühüm ədəbi simalarından biri olan Sultan Raev dövlət vəzifələrindən əlavə yaradıcılığı boyu bədii yaradıcılığını da davam etdirmiş, müxtəlif dillərdə nəşr olunan çoxlu əsərlər yazmış, bütün Türk Dünyasında geniş oxucu kütləsinə çatmış, teatr səhnələrində və televiziyada yer alıb. Raevin Türk Dünyasında sənətsevərlər üçün yazdığı hekayə, roman, dram və ssenariləri ilə yanaşı, müxtəlif dillərdə nəşr olunan əsərləri Asiya və Avropa qitələrinin müxtəlif ölkələrində böyük rəğbət qazanmışdır.

Qırğızıstan Respublikasının “Xalq yazıçısı” adına layiq görülən Sultan Raev bütün yaradıcılığı boyu mədəniyyətlərarası birlik və beynəlxalq münasibətlər sahəsində verdiyi töhfələrə və fəaliyyətlərinə görə bir çox ölkələr və beynəlxalq təşkilatlar tərəfindən mükafatlara layiq görülüb.

O, Qazaxıstan prezidentinin qərarı ilə “Birlik” Şərəf medalına layiq görülüb. S.Raev “Qazaxıstan Xalqlar Birliyinin səfiri”dir. 31 mart 2022-ci il tarixində keçirilən TÜRKSOY Daimi Şurasınınfövqəladə toplantısında Daimi Şura üzvlərinin yekdil qərarı ilə TÜRKSOY-un Baş katibi seçilib.

X: Lamanasadli01

Xəbərlərimizi “WhatsApp” kanalımızdan oxuyun

Digər Kateqoriyalar

2023 © AzerVoice