Əsas səhifə » Sultan Baybars kimdir?

Sultan Baybars kimdir?

Azer Voice

Bakı,AzerVoice

Bakı,AzerVoice

Sultan Baybars 620-ci ildə (1223) Qıpçaq ölkəsində anadan olmuşdur və Qıpçaq tayfalarından Borçoğlu və ya Borlu tayfasına mənsubdur. Onu əsir kimi əvvəlcə Sivasa, sonra Hələbə və Şama apardılar.
Orada bir zərgərə satıldıqdan sonra Həmada həbsdə olan əmir Əlaəddin Aytəkin əl-Bundukdari tərəfindən satın alınaraq onunla birlikdə Qahirəyə getdi.
Bu şəhərdə əl-Məliküs-Salihin yaratdığı Bəhriyyə Məmlüklərinə qatıldı. Qısa müddətdə fərqlənərək Bəhriyyə Məmlüklərinin görkəmli rəhbərlərindən birinə çevrildi.
Əl-Məliküs-Salehin oğlu Turan şahın dövründə Dımyatı (Misirdə şəhər) və Mansuraya qədər gələn Fransa kralı IX Luini məğlubiyyət uğradaraq onu  əsr aldı.
Eyni zamanda o, məmlük dəstələrinə mənfi münasibət bəsləyən Turan şahı qətlə yetirənlərin başçılarından biri oldu.

Həmçinin oxuyun
Məmlüklər dönəmi və baytarlıq (ÖZƏL ARAŞDIRMA)

Ondan sonra taxta çıxan Aybək Bəhriyyə Məmlüklərinin qabaqcıl başçılarından olan Aktayı öldürdükdən sonra dostları ilə birlikdə Şam və Kərək Əyyubi hökmdarlarına sığındı.
Aybəkin yerinə Misirdə taxta Qutuz ççıxarkən, Baybars təkrar Qahirəyə qayıtdı. Bu arada o, Qutuzun Suriyaya girən monqollara qarşı göndərdiyi ordunun aparıcı qüvvələrinə başçılıq edirdi.
Ayncalutda monqolların məğlub edilməsində (3 sentyabr 1260) mühüm rol oynadı Sultan Baybars.
Buradakı uğurlarına görə Qutuzun Hələbin naibi olmağı istəsə də, bu tələb qəbul olunmadı.
Bu tələbi qəbul etmədiyi və Bəhriyye Məmlüklərinin lideri Aktayın öldürülməsində iştirak etdiyi üçün Kutuza kin bəsləyən Baybars onu yox etmək üçün bir sui-qəsd planı hazırladı.
Nəhayət, qərargahdan ova çıxan Kutuzu dostlarının köməyi ilə öldürdü (23 oktyabr 1260).
Qutuzun öldürülməsindən sonra Bəhriyyə məmlüklərinin əyanları Salihiyədəki sultanlığa toplaşaraq Baybarsı sultan elan etdilər.
Baybars Qahirəyə girdi 26 oktyabr 1260-cı ildə əl-Məliküz-Zahir rütbəsi ilə taxta çıxdı.
Baybarsın taxta çıxması ilə Məmlük tarixində yeni bir dövr başlayır.Təxminən on yeddi il davam edən hakimiyyəti dövründə Misir və Suriyada Məmlük dövlətinin əsl qurucusu oldu.O, hakimiyyətə gələn kimi xaricdə monqol və səlibçi təhlükəsinə qarşı müqavimət gətirərək nüfuzunu Nubiya və Ərəbistan yarımadasına yayacaq bir dövlət xadimi kimi tanındı.Daxildə üsyanları yatırır, asayişi və təhlükəsizliyi təmin edirdi.
O, həmçinin Misir və Suriyada ölümündən sonra uzun müddət davam edəcək inzibati tənzimlərin təməlini qoymuşdu.
Baybars öz icraatlarını həyata keçirmək üçün Qızıl Orda xanlığı ilə Elxanilərə, Bizansla isə Suriyada səlibçilərə qarşı müqavilə bağlamaqdan çəkinməmiş, həmçinin Məmlük hökmranlığını gücləndirmək üçün Misirdə Bağdad Abbasi xilafətini yenidən qurmuşdur.
Aynicalutun məğlubiyyətindən sonra Elxaniləri 1265-ci ildə Fərat sahilindəki Birecik qalasına hücumu Baybarsın özü də yürüşı çıxmağa məcbur etdi.
Onun bu hərəkətindən sonra Elxanilər mühasirəni yarıda buxarıb geri çəkildilər.
Həmin il Hülağunun ölümü ilə Elxani taxtına çıxan Abaka səlibçilərlə anlaşaraq 1269-cu ildə Hələb yaxınlığındakı Sacur şəhərinə qədər irəlilədi.
Baybars buraya ordu göndərdiyi kimi, Suriyaya da yürüş etdi. Hələ Dəməşqə çatarkən Elxanilərin məğlub olaraq geri çəkildiyi xəbərini aldı.
Lakin Abaka bu uğursuzluqdan çəkinmədi. 1271-ci ildə Antep və Hərimə hücum etdi; lakin Baybarsın qoşunları Elxaniləri və onların müttəfiqləri olan xaçlıları Harranda məğlub etdi.
Daha sonra  Abaka sülh istəməli oldu, lakin 1272-ci ildə hərbi əməliyyatlarını davam etdirdi. Bireciki yenidən mühasirəyə alsa da, Baybarsın gəldiyini eşidib mühasirəni dayandırdı.
Baybars təkcə Elxanilərin hücumlarına qarşı müdafiə olunmurdu.
Səlcuqluların xahişi ilə hərəkətə keçən  Baybars 1277-ci ilin aprelində Elbistanda Elxaniləri ağır məğlubiyyətə uğratdı.
Baybars monqollara qarşı qazandığı uğurları xaçlılara qarşı da göstərdi.
1261-ci ildə VI. Bohemonun Elxanilərlər razılaşması ilə Antakyaya hücum etdi və bir il sonra təkrar 1262-ci ildə bu hücumu təkrarladı.
Baybarsın məqsədi səlibçilərə qarşı hərtərəfli mübarizə aparmaq və onları Yaxın Şərqdən çıxarmaq idi.
Nitekim 1265 Şubatı başlarında harekete geçerek Kaysâriye, Yafa, Aslis ve Arsûf şehirlerini ele geçirdi.
O 1265-ci il fevralın əvvəllərində hərəkətə keçərək Kaysariyyə, Yaffa, Əslis və Ərsuf şəhərlərini ələ keçirdi.
Daha sonra 1266-cı ildə şərqdə Akkaya hücum etdi. Lakin buranın çox möhkəm qorunduğunu  görüb Səfedə tərəf yönəldi və həmin ilin yayında Ramlanı tutdu. Bundan əlavə, erməni kralı I Hetum monqollarla əməkdaşlıq etdiyinə görə Kalavunun komandanlığı ilə böyük ordunu ona qarşı  vuruşmağa göndərd və 24 avqust 1266-cı ildı erməni kralın ordusunu darmadağın etdi.
Məmlük ordusu Adana, Misis, Tarsus və Sis kimi şəhərləri talan etdi. 1267-ci ildə Baybars Tiberiya və Akka bölgələrinə hücum etdi.Nəhayət, 1268-ci il aprelin əvvəllərində Antakyaya hücum etdi və qısa bir mühasirədən sonra şəhəri ələ keçirdi və bu fəth səlibçilərin şərqdə qurduqları ikinci krallığının məhvi demək idi.
Baybars daha sonra 1271-ci ildə Tarablus bəyliyinə hücum edərək bir çox şəhər və qalaları ələ keçirdi.
Lakin 1270-ci ildə Kipri ​​fəth etmək üçün göndərdiyi donanma fırtınaya düşdü və bir çox gəmi batdı ki, bu da ekspedisiyanın iflasa uğramasına səbəb oldu.
Baybars da Suriyada batinilərin müqavimətini qıraraq, onları özünə tabe etdi.
Onun uğurlarından sonra 1271-ci ildə İngiltərə taxtına çıxacaq Şahzadə Edvardın komandanlığı ilə kiçik bir səlibçi dəstəsi Akkaya gəldi.
Bu dəstə gəlişi ilə Suriyadakı səlibçilərə o qədər də kömək edə bilməsələ də, Baybarsla xaçlılar arasında on illik sülh imzalandı.
1275-ci ildə yenidən Anadolu səfərinə çıxan Baybars Adana, Sis, Tarsus və Ayası talan etdi.
Baybars monqolları məğlub edərək Antakya üzərindən Şama qayıdarkən qəflətən xəstələnir, on dörd gün sonra 20 iyun 1277-ci ildə vəfat edir və Dəməşqdə tikdirdiyi türbədə dəfn edilir.

Digər Kateqoriyalar

2023 © AzerVoice