Əsas səhifə » Sedat Önal kimdir?

Sedat Önal kimdir?

Laman Asadli

Bakı. AzerVoice:

Sedat Önal 11 avqust 1963-cü ildə Kayseridə anadan olub. Ankara Fevzi Çakmak Liseyini bitirib, 1985-ci ildə Ankara Universitetinin Siyasi Elmlər Fakültəsindən məzun olub.

Xarici İşlər Nazirliyində müxtəlif vəzifələrdə çalışan Önal 2007-2009-cu illərdə Vyanada baş konsul, 2009-cu ildə Xarici İşlər Nazirliyində Yaxın Şərq üzrə baş direktor müavini, 2012-2016-cı illərdə İordaniya səfiri vəzifələrində çalışıb. 2016-cı ildə Xarici İşlər Nazirliyinin Yaxın Şərq və Afrika ölkələri üzrə müşavir müavini vəzifəsinə təyin olunan Önal Astanada keçirilən Suriya danışıqlarında Türkiyə nümayəndə heyətinə də rəhbərlik edib.

6 avqust 2018-ci il tarixindən etibarən Xarici İşlər Nazirinin müavini vəzifəsini icra edən Önal, 4 fevral 2023-cü il tarixli Rəsmi Qəzetdə dərc olunan qərara əsasən Türkiyə Respublikasının Birləşmiş Millətlər Təşkilatı yanında Daimi Nümayəndəliyinin xüsusi nümayəndəsi təyin edilib.

banner

2024-cü ilin fevral ayında alınan qərarla Önal Türkiyənin Vaşinqtondakı səfiri təyin edilib.

X: Lamanasadli01

Xəbərlərimizi “WhatsApp” kanalımızdan oxuyun

Digər Kateqoriyalar

2023 © AzerVoice