Əsas səhifə » Rusiyanın Talibanla bağlı xarici siyasəti necə dəyişdi?

Rusiyanın Talibanla bağlı xarici siyasəti necə dəyişdi?

Azer Voice

Bakı. VOA:

Talibanla uzun illər davam edən gərginlik və münaqişədən sonra Rusiya qanuni məhdudiyyətləri aradan qaldıraraq və münasibətləri nizama salaraq hərəkata qarşı mövqeyini dəyişməyə başlayıb.

Belə ki, bu il Rusiya tərəfindən terror təşkilatı kimi qəbul edilən təşkilatlar siyahısından Talibanın çıxarılması ilə bağlı rəsmi təklif irəli sürülüb. Taliban 2003-cü ildən bəri o dövrdə Şimali Qafqazdakı islamçılara dəstək verdiyinə görə Əl-Qaidə kimi qadağan olunan qruplarla birlikdə bu siyahıya əlavə edilmişdi. Son illər Rusiya Talibanla əlaqələrini yaxşılaşdırıb. Bir neçə dəfə hərəkatı təmsil edən onlarla nümayəndə heyətini Rusiya rəsmiləri qəbul edib.

Qazaxıstan 2023-cü ilin dekabrında oxşar qərar qəbul etdi, lakin bu  qərar iyun ayında ictimaiyyətə açıqlamağa başladı. Mərkəzi Asiyanın digər böyük ölkəsi Özbəkistanda Taliban heç vaxt ekstremist təşkilat kimi təsnif edilməyib. Əslində, Talibanın regional güc kimi tanınmasında özbək diplomatları aparıcı rol oynayıblar.

Bu il mayın 28-də Rusiya prezidenti Vladimir Putin vurğuladı ki, “Taliban” hazırda Əfqanıstana nəzarət edir və hazırda ölkədə faktiki hakimiyyəti təmsil edir. Ona görə də onunla münasibətlər qurmaq lazımdır. Əslində  bu  bəyanat onu göstərir ki, Moskva artıq “Taliban”la bir müddət hakimiyyəti ələ keçirmiş ekstremist bir qrup kimi yox,  rəsmi hakim təşkilat kimi davranır.

banner

2021-ci ilin avqustunda Qərb silahlı qüvvələrinin xaotik çıxışı fonunda Taliban Kabilə daxil olanda çoxları hərəkatın ölkəni idarə edə bilməyəcəyini düşünürdü. Ehtimal olunurdu ki, taliblər bunu bacamayacaq. Lakin bu gün Taliban höküməti ideal olmasa da ölkədə təhlükəsizliyi təmin edə bilib.

Talibanın təcrid olunmasına baxmayaraq öz sərhədlərinə tam nəzarət edə bilməsi  ölkədən qaçqın axının qarşısını ala bildi.
Elə zənn olunurdu ki, Taliban Əfqanıstanda hakimiyyəti ələ keçirdikdən sonra, bölgədə yeni terror qruplarının yerləşəcək, narkotik ticarəti güclənəcək, bir sözlə region qorxulu hadisələrin tüğyan edəcəyi bir regiona çevriləcək. Lakin bunların heç biri reallaşmadı.

Maraqlısı odur ki, Talibanın xarici tərəfdarları azdır və hətta ən təhlükəli ekstremistlər üçün Əfqanıstan yaşamaq üçün cəlbedici yer deyil. Taliban ölkəyə nəzarət edəndə tiryək istehsalı çiçəklənsə də, sərt tədbirlər görüldükdən sonra iflasa uğradı.

Əfqanıstanda yerləşən İŞİD-Xorasan əyalətinin hücrələrinin gücləndiyi doğrudur, baxmayaraq ki, Talibanın buna görə məsuliyyət daşıyıb-daşımaması ilə bağlı fikir ayrılığı var.

Bilindiyi kimi bu ilin mart ayında Moskvada bir ticarət mərkəzinə İŞİD tərəfindən ölümcül terror hücumu həyata keçirildi.

Kreml rəsmi olaraq bu hücumda Kiyevi günahlandırsa da, Moskvanın dəfələrlə Talibanla əlaqə saxlaması və Talibanı terror təşkilatları siyahısından çıxarması onun İŞİD-ə qarşı mübarizədə Kabillə daha sıx əməkdaşlığa can atdığını göstərir. (Qeyd: Taliban İŞİD-in ən qatı əleyhiudarlarından biridir.)

Lakin Rusiyanın Əqanıstan daxilində İŞİD-ə qarşı mübarizə aparması çətin olacaq. Belə ki, Taliban hər nə qədər İŞİD-lə düşmən olsa da Əfqanıstan ərazisində onun varlığını inkar edir.

İŞİD-Xorasan Pakistanda yenidən meydana çıxacaqmı?

Təhlükəsizlik məsələlərindən başqa, Moskva Talibanla iqtisadi əlaqələri də inkişaf etdirməyə ümid edir. Rusiya rəsmiləri Rusiya təbii qazının Hindistana ixrac edilməsi və bəzi malların Pakistan limanlarına nəql olunması məqsədiylə Əfqanıstandan tranzit qovşağı kimi istifadə edilməsi mövzusunda əfqan rəsmiləri ilə görüş keçirdiyi bilir. Lakin bunun üçün dağların arasından qaz kəmərinin çəkilməsi və hazırda Özbəkistan sərhədində Məzari-Şərifdə yekunlaşan dəmir yolu xəttinin uzadılması tələb olunur.

Əfqanıstanın qonşuları ilə iqtisadi əlaqələrinə gəlincə, məlum olmayan çox şey var. Dünya Bankının məlumatına görə, 2023-cü ildə Əfqanıstanın idxalı 7,8 milyard dollara, ixracı isə 1,9 milyard dollara çatıb ki, bu da əhalisi 40 milyondan çox olan ölkə üçün kiçik məbləğdir.

Əfqanıstandakı Rusiya Biznes Mərkəzinin hesablamalarına görə, Rusiya ilə Əfqanıstan arasında ticarət dövriyyəsinin həcmi təxminən bir milyard dollar təşkil edir (2021-ci ildəkindən beş dəfə çox). Rusiya baş nazirinin müavini Aleksey Overçuk  isə 560 milyon dollar məbləğində olmaqla daha kiçik rəqəm göstərib.

Bu rəqəmlərin düzgünlüyünü qiymətləndirmək mümkün deyil, çünki Rusiya gömrük məlumatlarının məxfi olması ilə yanaşı, Əfqanıstanla ticarətin böyük hissəsi çoxsaylı sərhəd keçidlərini əhatə edir və nağd şəkildə hesablanır.

Bununla belə, dünyanın Əfqanıstana əsas pəncərəsi sayılan Özbəkistandan gələn məlumatlar məsələyə müəyyən aydınlıq gətirir. Özbəkistanın qonşusu ilə ticarəti 2023-cü ildə cəmi 784 milyon dollara çatıb və Rusiya ilə ticarətin bundan yüksək olacağı ehtimalı yoxdur.

Qazaxıstan və Əfqanıstan arasında iqtisadi əlaqələrin miqyası da qeyri-müəyyən olaraq qalır. Astana Əfqanıstanla ticarət dövriyyəsinin artıq bir milyard dollar dəyərində olduğunu iddia etsə də, Taliban bildirib ki, 2022-ci ilin mart ayından etibarən ölkə Qazaxıstandan yalnız 340 milyon dollar dəyərində mal alıb.

Hər şeydən əvvəl əfqanların una, taxıla, neft məhsullarına ehtiyacı var və Qazaxıstan bu məhsulları tez və Rusiyadan daha ucuz qiymətə təmin edə bilər.

Rusiyanın Əfqanıstana Çindən daha çox sərmayə qoyacağını gözləmək sadəlövhlük olardı. Çünki Çin daha çox resurslara malikdir və həmçinin Əfqanıstanla quru sərhədini bölüşür. Bununla belə, hətta Pekin son illərdə Əfqanıstana pul köçürməkdən çəkinir. Sadəcə olaraq, Çin Mərkəzi Asiya Neft-Qaz Korporasiyası tərəfindən Herat yaxınlığındakı neft yataqlarının işlənməsi üçün ayrılmış 49 milyon dollarlıq yeganə Çin sərmayəsi məlumdur. Şübhə yoxdur ki, bu, Əfqanıstan üçün böyük layihədir, lakin Çin üçün kiçik bir məbləğdir.

Bu gün  Əfqanıstanda investisiya məsələsi problem olaraq qalır. Çünki Taliban üç ildir hakimiyyətdə olsa da, effektiv dövlət institutları yaratmasa da, ölkəni kimin idarə etdiyi hələ də bəlli deyil və Talibanın ali lideri Hibətullah Axundzadənin öldüyü barədə xəbərlər yayılır.

Daha liberal yanaşma vədlərinə baxmayaraq, Taliban qadınların və qızların təhsilə çıxışına ciddi məhdudiyyətlər qoyub.

Bununla belə, Talibanın daxili işlər naziri Siracuddin Haqqani Federal Təhqiqat Bürosu tərəfindən axtarışdadır və onun harada olması ilə bağlı məlumat gətorənə 10 milyon dollara qədər pul mükafatı təyin edilib.

Digər Kateqoriyalar

2023 © AzerVoice