İraqın keçmiş prezidenti Səddam Hüseyn 2003-cü il dekabrın 13-də, doqquz ay davam edən axtarışdan sonra ABŞ hərbçiləri tərəfindən ələ keçirildi. Onun hakimiyyətinin süqutu 2003-cü il martın 20-də ABŞ-ın rəhbərlik etdiyi koalisiya qüvvələrinin İraqa müdaxiləsi ilə başlamışdı. Bu müdaxilə ölkəni 20 ildən artıq idarə etmiş prezdentin devrilməsi ilə nəticələndi.

Demo

Türk Dövlətləri

ABŞ Konqresinin üzvü Anna Paulina Luna bildirib ki, Azərbaycana verilən hərbi və maliyyə yardımlarını məhdudlaşdıran 907-ci düzəlişin tamamilə ləğv olunması vacibdir və bu məqsədlə qanun layihəsini Nümayəndələr Palatasına təqdim edib. Luna bu addımın ABŞ-ın regional siyasətdə daha çevik hərəkət etməsinə imkan yaradacağını qeyd edib.

Suriya xalqının illərlə davam edən azadlıq mübarizəsini simvolizə edən 8 Dekabr “Azadlıq Günü” Suriyada demokratik dəyişikliklərə, insan hüquqlarına və milli dirəniş iradəsinə həsr olunmuş gün kimi qeyd olunur. Bu gün Suriya cəmiyyətinin onilliklər boyu davam edən siyasi basqılara, azadlıqların məhdudlaşdırılmasına və ağır humanitar itkilərə baxmayaraq nümayiş etdirdiyi müqavimətin tarixi və simvolik ifadəsi hesab olunur.

Səudiyyə Ərəbistanının və Qətərin strateji əməkdaşlığı Riyadda keçirilən yüksək səviyyəli görüşlərlə yeni dinamika qazanır. Qətər Əmiri Şeyx Təmim bin Həməd Al Tani səfər çərçivəsində Səudiyyə Ərəbistanının Vəliəhd Şahzadəsi və Baş naziri Məhəmməd bin Salmanın rəsmi qarşılanması ilə Riyada çatıb. Görüş iki ölkə arasında bu gün keçiriləcək Qətər–Səudiyyə Ərəbistanı Koordinasiya Şurasının 8-ci iclasına birgə sədrlik məqsədi daşıyır.

Livan Prezidenti Cozef Aun ölkəsinin Suriya ilə quru və dəniz sərhədlərinin müəyyənləşdirilməsinə hazır olduğunu bəyan edib. Prezident administrasiyasının yaydığı məlumata görə, Aun bu açıqlamanı Beyrutun şərqində yerləşən Baabda Prezident Sarayında “Azadlıq uğrunda Jurnalistlər Assosiasiyası”nın nümayəndə heyətini qəbul edərkən səsləndirib.

Demo

Kimdir - Nədir?

Kiçik yaşlarından musiqiyə həvəsi olan , Şineyd qohumlarının toyunda Barbra Streisandın “Evergreen” mahnısını ifa edir və bununla da 15 yaşlı O'Konnor Bono və U2-nin himayədarı kimi tanınan İrlandiyalı In Tua Nua (İng. In Tua Nua) qrupunun nağaraçısı Paul Byrne-nin diqqətini çəkir. O'Konnor bir müddət qrupla birlikdə çalışıraq vokalist kimi çıxış edir. O öz debüt sinqlı olan "Take My Hand"i birlikdə yazır və təhsilini yarımçıq buraxır.

Yuxuda bal görmək İslam yuxuyozmalarında ən müsbət və xoş əlamətlərdən biri sayılır. Bal həm halal ruzi, həm də mənəvi təmizliyin simvoludur. Bu yuxu insanın həyatında bolluq, rahatlıq və daxili yüksəliş dövrünün başlanacağına işarə edir. Klassik dini təfsirlərə görə bal Quran, elm və xoş əməllərlə əlaqələndirilir.

Türkiyə Cümhuriyyətinin 45-ci Hökuməti 1-ci Özal Hökuməti (13 dekabr 1983 - 21 dekabr 1987) vəzifəyə başladı.

1963-cü il dekabrın 12-də Keniya Britaniyadan müstəqilliyini elan edib. Şərqi Afrika ölkəsi kolonial zülmdən azad olub, amma onun demokratiya uğrunda mübarizəsi hələ də bitməyib. Bundan on il əvvəl, 1952-ci ildə Mau Mau Üsyanı kimi tanınan bir qiyam Britaniya koloniyasını sarsıdıb. Britaniyalılar üsyanı yatırmaq üçün təxminən 55 milyon funt sterlinq xərcləməklə yanaşı, mülki vətəndaşların qətliamlarını törədiblər, bir neçə yüz min keniyalını konsentrasiya düşərgələrinə salıblar və bəzi şəhərlərdə mülki azadlıqları dayandırıblar.

Bu gün, radio rabitəsi tarixində mühüm hadisənin ildönümüdür. Məhz bu gün — 1901-ci ilin 12 dekabrında — italyan fiziki və radio pioneri Quilyelmo Markoni Atlantik okeanı üzərindən ilk radio siqnalını göndərərək dünya elmini heyrətləndirmişdi. Elm adamlarının Yer kürəsinin əyriliyi səbəbilə radio siqnallarının 200 mildən artıq yayıla bilməyəcəyini iddia etməsinə baxmayaraq, Markoni Mors kodu ilə “S” siqnalını İngiltərənin Kornuol qraflığındakı Poldhu stansiyasından Kanadanın Nyufaundlend sahillərinə çatdırmağı bacardı. Siqnal 2 000 mildən çox məsafə qət etdi və radio rabitəsi tarixini dəyişdi.

Təxminən 1508-ci ildə yazılmış bu əlyazma Leonardo da Vinçinin müxtəlif elmi mövzularla bağlı tərtib etdiyi təxminən 30 dəftərdən biri idi. Dəftərdə 72 boş vərəq qalmışdı. Dəstərin üzərində suyun hərəkəti və su axınlarının təbiətinə dair 300-dən çox qeyd və detallı rəsmlər yer alırdı. Mütəxəssislər hesab edir ki, Leonardo bu qeydlərdən Mona Liza tablosunun fonunu işləyərkən istifadə edib.