Əsas səhifə » Rabia Kadir kimdir?

Rabia Kadir kimdir?

admin

Bakı, AzerPress:

Rabia Kadir 1948-ci ildə Şərqi Türküstan kimi tanınan Sincan Uyğur Muxtar Bölgəsində anadan olub. Kadir 27 yaşında tekstil sənayesində bir şirkət qurdu və şirkətin böyüməsindən sonra Sincan Ticarət Palatasının sədri seçildi.

Rabia Kadir 1992-ci ildə Ümumçin Xalq Nümayəndələri Konqresinin üzvü olub və Çin hökumətinin nümayəndə heyətinə qadın hüquqlarının müdafiəçisi kimi daxil edilib. O, 1997-ci ildə Çin Xalq Konqresində Çin Hökumətinin Sincan siyasətinin kəskin tənqid edilməsinə görə Xalq Konqresindən xaric edilib. İki il sonra, 1999-cu ildə Kadir dövlət sirlərini ictimaiyyətə çatdırmaqda günahlandırılaraq səkkiz il həbs cəzasına məhkum edilsə də, beynəlxalq təzyiqlərə görə 2005-ci ildə cəzasını tamamlamadan azadlığa buraxılıb.

Rabia Kadir azadlığa çıxdıqdan sonra Amerikaya sığınıb və mübarizəsini orada davam etdirib. O, 2006-cı ildə Münhendə qurulan “Dünya Uyğur Konqresi”nin prezidenti seçilib. Bundan əlavə, Kadir 2004-cü ildə Norveç tərəfindən Thorolf-Rafto mükafatına layiq görülüb.

banner

Şərqi Türküstanlı fəal Rabia Kadir Yaponiya hökumətinin icazəsi ilə dünyanın ən böyük iqtisadiyyatları arasında yer alan ölkələrin liderlərinin iştirakı ilə G20 Sammitinin keçirildiyi Osakaya gəldi. Osakada açıqlama verən Kadir dünya liderlərini Şərqi Türküstandakı zülmü gündəmlərinə daxil etməyə çağırıb.

“Yaponiya baş naziri Şinzo Abenin G20 sammitində bu məsələni gündəmə gətirməsini gözləyirəm. Çünki 2018-ci ilin sentyabrında Şinzo Abeyə açıq məktub yazaraq Yaponiyadan həbs düşərgələrini bağlamaq üçün Yaponiyaya təzyiq göstərməsini istədim”, – deyə o çıxışında bildirib.

Ləman Əsədli
Twitter: Lamanasadli01

Digər Kateqoriyalar

2023 © AzerVoice