Əsas səhifə » Qütb parıltıları nədir?

Qütb parıltıları nədir?

admin

Bakı, AzerPress:

Qütb parıltıları və ya Aurora Yerin maqnit sahəsi ilə Günəşdən gələn yüklü hissəciklərin qarşılıqlı təsiri nəticəsində Şimal və Cənub qütb bölgələrində səmada görünən təbii şüalanmalardır.

Yəni, Günəşin püskürdüyü elektrik yüklü hissəciklər axını Yerin maqnit sahəsi və atmosferə daxil olarkən qarşılıqlı təsir yaranır, hissəciklərin toqquşmasından çıxan enerji işıq şüası şəklində ətrafa yayılır. Şimal bölgələrdə bu təsir Aurora Borealis Aurora, Aurora Australis, Aurora Borealis, Northern Lights kimi fərqli şəkillərdə adlanır.

Müxtəlif qazlar isindikdə rəngi də dəyişir, bu proses Aurorada da belədir. Yerin atmosferindəki iki əsas qaz azot və oksigendir və bu elementlər Aurora hadisəsi zamanı səmaya müxtəlif rənglər verir.

banner

Qütb parıltılarında gördüyümüz yaşıl rəng oksigendən, bənövşəyi, mavi və ya çəhrayı rənglər isə azotdan qaynaqlanır. Bundan əlavə, yaşıl işıqlar 100 kilometr yüksəklikdə olan oksigen atomlarından yaranır.

Qütb parıltıları təkcə Yer kürəsində deyil, atmosferi və maqnit sahəsi olan digər planetlərdə də müşahidə edilə bilər. Alimlər Yupiter, Saturn, Uran və Neptunda qütb parıltılarının möhtəşəm görüntülərini çəkib.

Qütb parıltılarına daha çox Skandinaviya, İslandiya, Qrenlandiya, Kanada, Alyaska və Şimali Sibirdə rast gəlinsə də qütb parıltılarını izləyə biləcəyiniz dəqiq bir yer yoxdur. Bunun üçün bir az şans və ən əsası uyğun hava şəraiti lazımdır. Səma nə qədər aydın olarsa, Auroranı görmək şansınız bir o qədər çox olar.

Ləman Əsədli
Lamanasadli01

Digər Kateqoriyalar

2023 © AzerVoice