Əsas səhifə » Natürmort nədir

Natürmort nədir

admin

Bakı, AzerPress

Fransız dilində “cansız təbiət” mənasını verən natürmort sözü beş əsrə yaxındır ki, beynəlxalq incəsənət leksikonunda özünə daimi yer alıb.

Adından da göründüyü kimi təsviri sənətin müxtəlif texnikalarında işlənən natürmortlarda müxtəlif əşyalar (məişət əşyaları, gül-çiçək, meyvə, vurulmuş ov quşları və. s) təsvir olunur.

Dünya rəssamlığında olduğu kimi bu janr Azərbaycan təsviri sənətində də geniş yayılıb.

banner

Əgər ona qədim miniatürlərimizdə və dekorativ sənət nümunələrimizdə kompozisiyanın bir o qədər də diqqət çəkməyən ünsürü kimi rast gəlirdiksə, artıq XX əsrdə Bəhruz Kəngərlinin simasında bu janrın uğurlu bədii təcəssümünü görmək mümkündür.

O vaxtdan bu günə kimi demək olar ki, taleyini rənglərlə təmasa- ünsiyyətə həsr edən hər bir rəssamın yaradıcılığında natürmortlara rast gəlmək mümkündür. S.Bəhlulzadə, T.Salahov, M.Abdullayev, B.Mirzəzadə, T.Nərimanbəyov, T.Tağıyev, T.Cavadov və.s bu janrda yaradılmış uğurlu əsərlərin müəlliflərindəndir.

Digər Kateqoriyalar

2023 © AzerVoice