Əsas səhifə » Muxtar Məmmədov kimdir?

Muxtar Məmmədov kimdir?

admin

BAKI, AzerPress

Prezident İlham Əliyevin sərəncamı ilə Muxtar Məmməd oğlu Məmmədov Azərbaycan Respublikasının İsrail Dövlətində fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

AzerPress xəbər verir ki, Muxtar Məmmədov 1983-cü ildə Bakı şəhərində anadan olub. 2000-2004-cü illərdə Bakı Dövlət Universitetində Beynəlxalq münasibətlər ixtisası üzrə bakalavriat, 2006-2007-ci illərdə Belçikanın Avropa Kollecində Avropaşünaslıq ixtisası üzrə magistratura, 2015-2018-ci illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Rəhbər kadrların yenidən hazırlanması fakültəsində “Dövlət qulluğunun təşkili və idarəedilməsi” ixtisası üzrə magistratura təhsili alıb.

2005-2013-cü illərdə Xarici İşlər Nazirliyində çalışıb. 2009-2013-cü illərdə Azərbaycanın Belçikadakı səfirliyində fəaliyyət göstərib.

banner

2013-cü ildən etibarən Elm və Təhsil Nazirliyində çalışıb. 2021-ci il aprelin 29-dan indiyədək elm və təhsil nazirinin müavini vəzifəsini icra edib.

Digər Kateqoriyalar

2023 © AzerVoice