Əsas səhifə » Muhəmməd Dahlan kimdir?

Muhəmməd Dahlan kimdir?

Azer Voice

Bakı,AzerVoice

Muhəmməd Yusuf Dahlan (محمد دحلان) 29 sentyabr 1961-ci ildə Qəzza zolağının Xan Yunis şəhərindəki Qaçqınlar Düşərgəsində doğulub. Ailədə altı uşağın ən kiçiyidir və əslən 1948-ci  ildə İsrail tərəfindən dağıdılan Hamama qəsəbəsindəndir.

Dahlan yeniyetmə ikən siyasi fəaliyyətə başlayıb və 1981-ci ildə Qəzza zolağında FƏTH Gənclər Hərəkatının Qəzza bölməsinin yaradılmasına köməklik etməklə yanaşı aktiv iştirak edib.

1981-1986-cı illər arasında hərəkatdakı aparıcı roluna görə 11 dəfə İsrail tərəfindən həbs edilib. Həbsxanada olduğu müddətdə o, ibrani dilində sərbəst danışmağı öyrənib.

Ailəsi

banner


Dahlan 1 yanvar 1966-cı il doğumlu Səudiyyə Ərəbsiatnı əsilli Cəlilə adı qadınla evlidir.
Bu  evlilikdən onların dörd övladı olub; Fadi (1990-cı il, 5 otkyabrda Tunisdə doğulub), Firaz (2003-cü il 8 avqustda Tunisdə doğulub), Hadil (1995-ci il 19 oktyabrda Qəzzada doğulub) və Asil.

Dahlan yoldaşı və dörd övləadı ilə billikdə 2013-cü ilin 6 dekabrında Serbiya  vətəndaşlığı alıblar.

Bununla yanaşı şəxsən Dəhlan özü 2012-ci ildən Monteneqro vətəndaşlığına malikdir. Dahlan Əbu-Dabidə mühacirətdə yaşayır və burada hakim Əl Nəhyan ailəsi ilə yaxın təmasa sahibdir.

Bununla yanaşı o Misir prezidenti Əbdülfəttah əs-Sisi ilə bir çox regional məsələlərdə həmfikirdir.

Dahlanın Oslo illəri
Dahlan Oslo Sülh Müqaviləsi üzrə danışıqlarda aktiv iştirak edib. Dahlan Oslo Sazişlərinin imzalanmasından sonra Qəzzada Preventiv Təhlükəsizlik Qüvvələrinə rəhbərlik etmək üçün seçilib.

Daha sonra o 20 min nəfərlik bir silhalı qüvvə yaratdı və nəticədə Fələstinin ən güclü liderlərindən birinə çevrildi. Dahlanın müntəzəm olaraq CIA və İsrail kəşfiyyat rəsmiləri ilə ortaq iş gödüyü də iddia edilir. Ona bağlı silahlı birləşmələr 1990-cı illərdə HƏMAS məhbuslarına işgəncə verməkdə ittiham olunurdu, lakin, Dahlan bu iddiaları rədd edir. Hətta 90-cı illərdə Qəzzədə söz sahibi olduğu üçün bura”Dəhlanistan” ləqəbi verilmişdi.

1997-ci ildə Karni qalmaqalında Dahlanın Karni keçidində tutulan vergilərin 40%-ni (ayda təxminən bir milyon Şekel) şəxsi bank hesabına köçürməsi aşkar edildikdə onun reputasiyası ciddi şəkildə zədələndi.

Dahlan və ikinci İntifada
2001-ci ildə Fələstin Milli Administrasiyasında islahat çağırışına başlayan və ardıcıl siyasətin olmamasından narazılığını bildirən Dəhlan bu addımı ilə Fələstin lideri Yasir Ərəfatı olduqca məyus etdi. 2002-ci ildə o, daxili işlər naziri olmaq ümidi ilə Qəzzada Preventiv Təhlükəsizliyin rəisi vəzifəsindən istefa verdi. Lakin istədiyi baş vermədi və ona təhlükəsizlik üzrə məsləhətçi vəzifəsi təklif olundu, lakin Dəhlan bundan imtina etdi.

2003-cü ilin aprelində o, Yasir Ərəfatın ciddi etirazına baxmayaraq, Mahmud Abbas tərəfindən Fələstinin Təhlükəsizlik üzrə Dövlət Naziri təyin edildi. Sentyabrda Abbas baş nazir vəzifəsindən istefa verdikdə o, hakimiyyətdən uzaqlaşdırıldı və yerinə Həkəm Bəlavi gəldi .

Dahlan, dəfələrlə islahat və antikorrupsiya faktları üzərində kampaniya aparmağa çalışdı və özünü Ərəfatın açıq tənqidçisi kimi tanıda bildi. Lakin bir çox siyasətçilər hesab edirdilər ki, Dəhlanın islahat çağırışları sadəcə şəxsi mənfəəti üçün edilirdi.
Ərəfatla aralarında  ciddi narazılığın olmasına baxmayaraq, Dahlan  və onun tərəfdarları daxili Fəth seçkilərində Qəzzada Fəth bölmələrinin əksəriyyətini  özlərinə tabe edə bilmişdi. 2004-cü ildə Ərafatın qardaşı oğlu Musa Ərəfatın Qəzza polis qüvvələrinə başçı təyin edilməsindən sonra Dahlan tərəfindən Qəzzada bir həftə davam edən iğtişaşlar başladı. Bu iğtişaşlar Dəhlanın “beyin məhsu” kimi  qəbul edildi. Bəziləri isə, Musa Ərəfatın təyinatını İsrailin Qəzza zolağından ayrılmasından əvvəl Dahlanın mövqeyini zəiflətmək üçün qəsdən atılmış addım hesab edirdi.

Qəzza daxilində qarşıdırma

26 yanvar 2006-cı ildə Dahlan Fələstin Qanunvericilik Şurasının Xan Yunis nümayəndəsi olaraq HƏMAS – a qarşı sərt mövqe tutdu.

Dahlan onların seçkilərdəki qələbəsini fəlakət adlandırdı, “onları səlahiyyət müddətinin sonuna qədər təqib etməklə” hədələdi və HƏMAS-a qoşulmaq istəyən digər fələstinli qruplara qarşı təzyiq göstərəcəyini açıq şəkildə elan etdi. Dahlanın bu bəyanatında sonra, 2006-cı il dekabrın 14-də silahlı şəxslər Fələstinin baş naziri İsmayıl Haniyə qarşı Qəzzanın Misirlə sərhədini keçərkən ona sui-qəsd etməyə cəhd göstərdi. İnsident nəticəsində, Haniyənin bir cangüdəni öldü, beş nəfər yaralandı.

Daha sonra isə,Qəzzada və İordan çayının qərb sahilində HƏMAS və Fəth tərəfdarları arasında növbəti toqquşmalara yarandı.

HƏMAS hücumu təşkil etməkdə Dahlanı ittiham etsə də, Dahlan öz növbəsində insidentin HƏMAS daxili  problemlərdən, daha doğrusu “hakimiyyət davasından” qaynaqlandığını iddia etdi.

7 yanvar 2007-ci ildə Dahlan Qəzza zolağında Fəth tərəfdarlarının ən böyük mitinqini keçirərək, burada HƏMAS-ı “qatillər və oğrular dəstəsi” olaraq pislədi və  HƏMAS-ın kökünü kəsmək üçün nə lazımdırsa edəcəyini elan etdi.

Buna cavab olaraq HƏMAS Dahlanı “xain” adlandırdı və onu fələstinliləri vətəndaş müharibəsinə sürükləməkdə ittiham etdi.

Tam bir il sonra, Dahlan 8 fevral 2007-ci il tarixli Fəth-HƏMAS Məkkə Razılaşması ilə nəticələnən və hər iki tərəfin Qəzzada hərbi toqquşmaları dayandırmaq və milli birlik hökuməti qurmaq barədə razılığa gəldiyi danışıqlarda Fəth nümayəndəsi kimi iştirak etdi.

2007-ci ilin martında HƏMAS-ın etirazlarına baxmayaraq, Dahlan Fələstin Prezidenti Mahmud Abbas tərəfindən Fələstin ərazilərindəki bütün təhlükəsizlik qüvvələrinə nəzarət edərək, yenicə bərpa edilmiş Fələstin Milli Təhlükəsizlik Şurasına rəhbər təyin edildi.

Dahlan ərəb ölkələrində Amerikanın köməyi ilə təlim keçmiş bir neçə min döyüşçüdən ibarət yarımhərbi birləşmələr təşkil etdi və Qəzzada HƏMAS-la mübarizə aparmaq üçün böyük miqdarda silah və sursat almağa icazə verməsi üçün İsrailə müraciət etdi.

Vanity Fair jurnalının 2008-ci il aprel sayında məlum oldu ki, 2006-cı il seçkilərindən sonra Dahlan demokratik seçki yolu ilə seçilmiş HƏMAS-ın rəhbərlik etdiyi hökuməti hakimiyyətdən uzaqlaşdırmaq üçün ABŞ-da hazırlanan planda mərkəzi rol oynayıb.

Amerikalılar Dahlanı pul və silahla təmin etdi, adamlarına təlim keçdi və Qəzza zolağında HƏMAS-a qarşı hərbi çevriliş etməyi əmr etdi. Lakin seçilmiş HƏMAS hökuməti bu addımın qarşısını aldı və özü Fəth  hərəkatına qarşı də silahlı əks çevriliş həyata keçirdi.

Qəzza döyüşü

2007-ci ilin iyulunda Dahlan milli təhlükəsizlik müşaviri vəzifəsindən istefa verdi.

Mahmud Abbas HƏMAS-ın Qəzzanı ələ keçirməsindən dərhal sonra milli təhlükəsizlik şurasını buraxan fərman verdiyi üçün istefa simvolik bir addımdan başqa bir şey deyildi. Dahlan bir həftədən az davam edən HƏMAS hücumu qarşısında Qəzzada öz qüvvələrinin sürətlə dağılmasında FƏTH-dən olan bir çoxları tərəfindən günahlandırılır.

Döyüş zamanı Dahlanın Qəzza sahilindəki evi HƏMAS tərəfindən ələ keçiriləərk dağıdıldı. İddia edilir ki, FƏTH-in dominantlıq etdiyi Fələstin Administrasiyasının təhlükəsizlik qüvvələrinin digər yüksək səviyyəli komandirlərinin əksəriyyəti döyüşlər zamanı Qəzzada olmayıblar.

İordan çayının qərb sahilinə qayıdış

FƏTH qüvvələrinin Qəzzadan çıxarıldıqdan qısa müddət sonra Dahlan İordan çayının qərb sahilində nüfuzunu bərpa etməyə başladı. FƏTH lideri və keçmiş daxili işlər naziri Hani əl-Həsanin Əl-Cəzirə telekanalına verdiyi müsahibədə Qəzzada baş verənlərin FƏTH və HƏMAS arasında müharibə olmadığını deməsi onun tərəfdarları ilə əleyhdarları arasında gərginlik yaratdı. Hani əl-Həsan müshibəsində həm HƏMAS-da həm də FƏTH də, amerikalılara və israillilərə xidmət edənlərin arasında Dahlan tərəfdarlarının olduğunu açıq şəkildə ifadə etdi.

Bu bəyanatdan sonra, Dahlanın nümayəndələri Mahmud Abbası atəşə tutmaq və Əl-Həsanı “cəzalandırmaq” üçün təzyiq göstərdilər, maskalı silahlı şəxslər isə əl-Həsanın Ramallahdakı evini atəşə tutdular. Əl-Həsən Dahlanı onu öldürməyi planlaşdırmaqda ittiham etdi, Dahlan bu ittihamı rədd etdi.

Məlumata görə, 2007-ci ilin oktyabrında Buş administrasiyası Fələstin Muxtariyyətinin prezidenti Mahmud Abbasa Dahlanı onun müavini təyin etmək üçün ciddi təzyiq göstərib. Bəzi FƏTH rəsmiləri bildiriblər ki, ABŞ və bəzi Aİ ölkələri Dahlanı Abbasdan sonra PA rəhbəri olaraq görmək istədiklərini açıq şəkildə bildiriblər.

2009-cu ilin avqustunda Dahlan FƏTH Mərkəzi Komitəsinə rəhbər seçildi. Bununla belə, nəticələr mübahisəli olduğu üçün seçkilərin saxta olduğu iddiasına görə kütləvi istefalar başladı.

Yasir Ərəfatın öldürülməsi iddiası
2011-ci ilin iyununda Dahlan Fələstin prezidenti Mahmud Abbasın Ərəfatı öldürdüyünə dair dəfələrlə iddia etdiyinə görə FƏTH təşkilatından qovuldu. Daha sonra, sentyabr ayında Dahlanın evinə Fələstin polisi tərəfindən basqın edildi və şəxsi silahlı mühafizəçiləri həbs olundu. Daha sonra FƏTH Yasir Ərəfatə öldürməkdə məhz Dahlanı ittiham etdi. 2012-ci ilin iyununda Əl-Cəzirə tərəfindən yaynlanan 9 aylıq araşdırmadan sonra Ərəfatın əşyalarında radioaktiv zəhərli poloniumun izləri aşkar edildi və bu, onun zəhərləndiyinə dair şübhələri daha da gücləndirdi.

Əl-Məbhuh sui-qəsdi
HƏMAS iddia edib ki, Dubayda Mahmud əl-Məbhuhun  (HƏMAS liderlərindən biri) qətlində şübhəli bilinərək həbs edilən iki fələstinli, Əhməd Hassanain və Ənvər Şeybər Fələstin həbsxanalarında HƏMAS üzvlərinə işkəncə verən şəxslərdir və onlar Dubayda Dahlana məxsus tikinti şirkətində işləyiblər. Qətldən bir müddətr sonra, HƏMAS-ın yüksək rütbəli rəsmisi Əl-Həyat qəzetinə bildirdi ki, qətli təşkil edən fələstinlilər təlimatı bir başa MOSSAD-dan alıblar və Dahlan bu qətldən xəbərdardır. Dəhlan isə bütün ittihamları inkat etdi.

Qiyabi məhkəmə

2014-cü ilin dekabrında Ramallahda Dahlana qarşı korrupsiya ittihamı ilə məhkəmə başlayıb. O, məhkəməyə gəlmədiyi üçün onun qiyabi mühakimə olunmasına qərar verilib. O, prezident Abbasa böhtan atmaqda təqsirli bilinib və o üç il həbs cəzasına məhküm edilib

Birləşmiş Ərəb Əmirliklərində təsir

2011-ci ildə FƏTH-dən qovulduqdan sonra Dahlan Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) köçüb və orada təhlükəsizlik üzrə məsləhətçi vəzifəsində çalışıb. Dahlan 2014-cü ildə Əbu-Dabinin de-fakto hökmdarı və 2022-ci ildə Birləşmiş Ərəb Əmirliklərinin prezidenti olmuş vəliəhd şahzadə Məhəmməd bin Zayed Əl Nəhyan ilə sıx münasibətə sahibdir.

Dahlan, BƏƏ-nin Balkanlarda bəzi böyük investisiyalarının təşkilində kömək edib və Serbiya vətəndaşlığını alıb.

2016-cı ildə Türkiyə Dahlanı uğursuz çevriliş cəhdində iştirakda günahlandırdı və onu ən çox axtarılan terrorçular siyahısına əlavə etdi.

Foreign Policy-nin məlumatına görə, Dahlan 2020-ci ildə İsrail ilə Birləşmiş Ərəb Əmirlikləri və Bəhreyn arasında imzalanmış Ərəb-İsrail normallaşmasına dair ABŞ-ın vasitəçiliyi ilə imzalanmış İbrahim Sazişlərinin ortaya çıxmasında rolu olub. Bu haqda ABŞ-ın İsraildəki səfiri Devid Fridman bildirib və o qeyd edib ki, ABŞ Dahlanı Fələstin prezidenti Abbasın gələcək əvəzedicisi kimi qəbul edir.

2023-cü ilin martında Dahlan iddia etdi ki, İsrail “iki dövlətli həll” variantını məhv edib və fələstinlilər indi bərabər hüquqlu iki xalq üçün bir dövlət həlli istiqamətində çalışmalıdırlar .

2023-cü ildə İsrail-HƏMAS müharibəsi başlamasına üç həftə qalmış Dahlan, Economist – ə müsahibə verərək, Qəzza və İordan çayının qərb sahili üçün birgə iki illik keçid texnokratik hökumət yaradılması təklifi ilə çıxış etdi.

Ən çox təndiq edilən şəxs
Digər fələstinlilər Dahlanı tənqid edirlər. Onunla dərin və şəxsi rəqabət aparan Cibril Racub 2003-cü ildə iddia etdi ki, Dahlan İsrailin agentidir və bunu hamı bilir. O, həmçinin Ərafatın uzun müddətdir maliyyə müşaviri olan Məhəmməd Rəşidlə yaxşı münasibətinə görə həmçinin Londonda yerləşən şəxsi biznesindən dolatı tənqid olunub. Dahlanın korrupsiya yolu ilə varlandığı iddia edilir. Onun şəxsi sərvəti 120 milyon dollardan çox qiymətləndirilir.

Digərləri iddia edir ki, siyasi rəqiblərin qarşısını almaq və çoxsaylı silahlı milislərə qarşı mübarizə aparmaq üçün o, 2003 və 2004-cü illərdə Qəzza zolağında Amerika tərəfindən təlim keçmiş və təchiz edilmiş şəxsi ordu saxlayıb. Bu  qüvvələr Qəzzə daxilində HƏMAS-a qarşı istifadə edilib.

Dahlan həmçinin Qəzza iğtişaşlarındakı rolu, xüsusən də rəqib təhlükəsizlik qüvvələrinin komandiri Qazi əl-Cəbali ilə döyüşlərdəki rolu ilə bağlı tənqidlərə məruz qalıb. 2003-cü ildə Preventiv Təhlükəsizlik Qüvvələrinin silahlıları Cəbalinin Ümumi Təhlükəsizlik Təşkilatının ofislərinə basqın ediblər. Cəbalini Dahlana məxsus silahlılar tərəfindən təhqir olunub.

Dahlan həmçinin, 2012-ci ilin sentyabrında Fələstin Mülki İşlər Naziri Hüseyn Şeyxə qarşı qarayaxma kampaniyasına başlamaqda ittiham olunurdu.

Qeyd edək ki, Türkiyə Rəcəb Tayyib Ərdoğan hökuməti Dahlanı İsrail kəşfiyyatının agenti və Gülən hərəkatının maliyyə dəstəkçisi olmaqda ittiham edir.

Digər Kateqoriyalar

2023 © AzerVoice