Əsas səhifə » Mərcan ağarması nədir ?

Mərcan ağarması nədir ?

admin

Bakı, AzerPress:

Qlobal istiləşmə nəticəsində okean sularının temperaturunun hədsiz artması səbəbilə mərcanlar toxumalarında yaşayan yosunları (zooxanthellae) atır və bu da mərcan rifinin tamamilə ağarmasına gətirib çıxarır. Mərcan riflərinin ağarması onların məhv olması demək deyil, lakin bu onların stres faktoru altında olduğunun, tədbir görülməzsə məhv olacaqlarının göstəricisidir.

Mərcanların riflərinin ağarmasının əsas səbəbi iqlim dəyişikliyidir. İsti planet həm də okeanın istiləşməsi deməkdir və suyun temperaturunda 2 dərəcə Fahrenheit qədər bir dəyişiklik belə mərcan ağarmasına səbəb ola bilər. Mərcan rifləri suyun qabarma və çəkilməsi, çirklənmə və ya çox günəş işığı kimi digər səbəblərə görə ağara bilər.

Mərcan ağarması vacib məsələdir, çünki mərcanlar məhv olduqdan sonra riflər nadir hallarda bərpa olur. Riflər sağ qalan bir neçə mərcanla çoxalmaq üçün mübarizə aparır, insanların və canlıların asılı olduğu bütün ekosistem pisləşir.

banner

Milli Okean və Atmosfer Assosiasiyasının məlumatına görə, 2014-2017-ci illər arasında dünyanın tropik mərcan riflərinin təxminən 75%-i ağarmaya səbəb olacaq qədər güclü istiliyə məruz qalıb. Dünya riflərinin 30%-i üçün bu istilik stressi mərcanları öldürməyə kifayət edirdi.

Mərcan rifləri planetdəki ən biomüxtəlif ekosistemlərdən bəzilərini dəstəkləyir. Bəzi növ dəniz tısbağaları, balıqlar, xərçənglər, karideslər, meduzalar, dəniz quşları, dəniz ulduzları və s. daxil olmaqla, minlərlə dəniz canlılarının yaşaması mərcan riflərindən asılıdır. Mərcan rifləri onları sığınacaq, kürü tökmə yerləri və yırtıcılardan qorunmaqda təmin edir. Onlar, həmçinin, okean qida zəncirlərinin təməlində olan orqanizmləri dəstəkləyirlər. Riflər məhv olduqca, risk altında olan növlər nəsli kəsilmək təhlükəsi ilə üzləşir.

Mərcanların ağarması insanların ərzaq təhlükəsizliyinə də təsir göstərir. Bundan əlavə, mərcan rifləri sahil icmalarını dalğa və fırtınalardan qoruyan təbii baryerlərdir. Mərcan rifləri olmasa, tikintisi bahalı, daha az effektiv və ətraf mühitə zərər verən süni dəniz divarlarına etibar etməli olacağıq. Son olaraq, rif turizmi hər il milyardlarla dollar gəlir gətirir.

Qrunt sularının axınının və ya herbisid və pestisidlərin istifadəsinin azaldılması kimi kiçik, gündəlik həyatda edə biləcəyimiz bəzi tədbirlər mərcan rifi itkisini azaltmağa kömək edə bilər. Lakin həqiqətən mərcan ağarması problemini həll etmək istəyiriksə, iqlim dəyişikliyi problemi ilə məşğul olmalıyıq.

Ləman Əsədli

Twitter: lamanasadli01

Digər Kateqoriyalar

2023 © AzerVoice