Əsas səhifə » Məhəmməd Mustafa kimdir?

Məhəmməd Mustafa kimdir?

Azer Voice

Bakı,AzerVoice
Fələstində 2019-cu ildən Məhəmməd Ştiyyenin rəhbərlik etdiyi hökumət bu gün istefa ərizəsini prezident Mahmud Abbasa təqdim edib.
Bu, Qəzza zolağı və İordan çayının qərb sahilində işləri idarə edəcək ixtisaslı texnokratlardan ibarət yeni hökumətin formalaşmasından xəbər verir.
Fələstin prezidenti Abbas yeni hökuməti formalaşdırmaq üçün siyasətçi və iqtisadçı Məhəmməd Mustafanı təyin etməkdə qərarlıdır. Abbas hesab edir ki, Mustafa Fələstinin xüsusilə
Qəzza zolağındakı müharibədən sonra keçdiyi çətin mərhələni idarə edə biləcək texnokratlardan ibarət hökumət qura bilər.

Məhəmməd Mustafa kimdir?

1954-cü ildə anadan olan Mustafa 2022-ci ildən Fələstin Azadlıq Təşkilatının (FAT) İcraiyyə Komitəsinin üzvüdür. Əvvəlki hökumətlərdə Baş nazirin müavini və İqtisadiyyat naziri vəzifələrində çalışmış Mustafa 2005-ci ildən Fələstin Azadlıq Təşkilatına bağlı iqtisadi qurumları idarə edən ən mühüm fondlardan biri olan Fələstin İnvestisiya Fondunun sədridir.

Corc Vaşinqton Universitetində iqtisadiyyat üzrə doktorluq dərəcəsi alan Mustafa 15 il Dünya Bankında çalışıb.

Abbasın təyin olunması ilə Mustafa 2005-ci ildən prezident aparatında iqtisadi məsələlər üzrə müşavir vəzifəsində çalışır. 2023-cü ildə o, Küveytdə yerləşən Ərəb İqtisadi və Sosial İnkişaf Fondunun Fələstin üzrə direktoru təyin edilib.  

banner

Digər Kateqoriyalar

2023 © AzerVoice