Əsas səhifə » Körfəz nədir?

Körfəz nədir?

admin

Bakı, AzerPress:

Körfəz okeanın və ya dənizin quruya nüfuz edən, lakin okeanla sərbəst əlaqəsi olan hissəsidir. Körfəzlər sahəsinə, dərinliyinə və formasına görə fərqlənir. Körfəzlər yer qabığındakı tektonik təkanlar və vulkanlar nəticəsində yarana bilər.

Körfəzlər çox vaxt ticarət üçün əhəmiyyətli limanlar yaradır. Bəzən körfəzlər okeana boğazlar adlanan dar su keçidləri ilə bağlanır. Körfəzlərin geniş kanalları ola bilər və onlar geniş su hövzələrindən fərqlənməyə bilərlər.

Körfəzlər dənizlərdən fərqli olaraq suyun axınına və orada yaşayan canlılara görə okeanlardan daha az fərqlənir. Körfəzlər okeanlardan dənizlərə nisbətən daha az təcrid olunub və onların xarici sərhədi şərtidir. Bəzi dənizləri səhvən körfəz, bəzi körfəzləri isə dəniz adlandırıblar. Məsələn, Meksika körfəzi dəniz, Qırmızı dəniz isə körfəz adlandırılmalıdır. Çünki Meksika körfəzinin suyunun fiziki-kimyəvi xüsusiyyətləri və üzvi aləmi onu dəniz adlandırmağa imkan verir.

banner

Dünyadakı məşhur körfəzlərdən biri də Fars körfəzidir. Bu körfəz Yaxın Şərq ölkələri İran, Küveyt, Birləşmiş Ərəb Əmirlikləri, Qətər və Səudiyyə Ərəbistanı arasında yerləşir və suyunun böyük hissəsini Hind okeanından alır.

Ləman Əsədli
Twitter: Lamanasadli01

Digər Kateqoriyalar

2023 © AzerVoice