Bakı, AzerPress:
Kiberbullinq rəqəmsal texnologiyaların istifadəsi ilə həyata keçirilən zorakılıqdır. Kiberbullinq sosial mediada, mesajlaşma və oyun platformalarında, mobil telefonlarda baş verə bilər.
Kiberbullinq hədəfə alınan şəxsi qorxutmaq, qəzəbləndirmək və ya utandırmaq məqsədi daşıyan təkrarlanan davranışdır.
Məsələn, sosial mediada kiminsə haqqında yanlış məlumat yaymaq və ya utanc verici foto və videolar yerləşdirmək, mesajlaşma platformaları vasitəsilə kiməsə kobud, təhqiredici, hədələyici mesajlar göndərmək, kimisə təqlid etmək və onların adından başqalarına pis mesajlar göndərmək və s.
Kiberbullinq üz-üzə baş verən zorakılıqdan fərqli olaraq rəqəmsal iz buraxır, yəni bunun qarşısını almaq üçün əlinizdə təqdim edə biləcəyiniz sübut olur.
Ləman Əsədli
Twitter: lamanasadli01