Əsas səhifə » Kadusey nədir?

Kadusey nədir?

admin

Bakı, AzerPress:

Tibb simvolu kimi tanınan kadusey qanadlı əsaya bükülmüş iki ilanı təsvir edir. Elçinin əsası mənasını verən kadusey yunan mifologiyasında Hermesin əsası kimi bilinir.

Bu simvolla astrologiya, tibb, kimyagərlik və mifologiya kimi bir çox sahələrdə qarşılaşmaq mümkündür. Lakin kadusey günümüzdə tibb müəssisələrinin simvoluna çevrilib.

Ümumiyyətlə, Asiya və Afrika ölkələrində ilan həmişə müdriklik rəmzi sayılıb, çünki onlar ilanı əhliləşdirərək ondan müalicəvi təsirə malik zəhər əldə ediblər. İlan zəhəri isə təbabətdə qiymətli dərman kimi istifadə olunur.

banner

Kaduseyin insanlara müsbət təsirləri:

Kadusey simvolu əkslikləri, yaxşı və pisi balanslaşdırmağa kömək edir. Mənfi enerjini təmizləyir və xəstəliklərdən qoruyur. Bu, insanın özünü olduğu kimi qəbul etməsinə kömək edir. Münasibətlərdə daha yaxşı anlaşma atmosferi yaradır. Ticarət məsələlərində şans və uğurları artırır. Bu, özünüzü həm maddi, həm də mənəvi cəhətdən daha güclü hiss etməyinizə kömək olur. İşinizi sürətləndirərək vaxtdan səmərəli istifadə etməyə kömək edir.

Ləman Əsədli
Twitter: Lamanasadli01

Digər Kateqoriyalar

2023 © AzerVoice