Əsas səhifə » Jet lag nədir?

Jet lag nədir?

admin

Bakı, AzerPress:

Jet lag uzun uçuşlardan sonra yaranan bioloji saatın eniş vaxtı ilə uyğun gəlmədiyi üçün yaşanan narahatlıqdır. Fərqli saat qurşaqları arasında səyahət edərkən yaranan bu narahatlıq həddindən artıq yorğunluq, yuxusuzluq, diqqətsizlik və həzm problemlərinə səbəb ola bilər. Yuxu pozğunluğu jet lagın ən çox bilinən təsirlərindən biridir.

Aparılan araşdırmalara görə, jet lag qərbdən şərqə doğru səyahət zamanı və gündüz uçuşlarında daha çox müşahidə olunur. Yaş artdıqca jet lag riski də artır. Bunun səbəbi gənc orqanizmin bioloji dəyişikliklərə daha tez uyğunlaşmasıdır. Bədənin bioloji ritmi 24 saatlıq iş rejimindən ibarətdir. Jet lag sindromu bu rejim pozulduqda baş verir.

Başqa sözlə, getdiyiniz yerin yerli saatından asılı olaraq, bütün bədən rejimi pozulduğu üçün jet lag ilə qarşılaşa bilərsiniz. Məsələn, İstanbulla Bişkek arasında üç saat fərq var. İstanbuldan Bişkekə uçuşlar orta hesabla beş saat yarım çəkir. Yəni saat 12:00-da İstanbuldan təyyarə ilə Bişkekə yola düşən biri Bişkekə 17.30-da yox, 20.30-da çatır. Bu, da jet laga səbəb ola bilər.

banner

Fərqli saat qurşağında olan ölkələrə səyahətdən sonra baş verən jet lag insanın fizioloji və psixoloji xüsusiyyətlərinə görə dəyişir. Adətən qısa müddətdə keçdiyi halda, uzun müddət davam edən jet lag təsirinə də rast gəlinə bilər. Jet lag üçün hələ də tam müalicə yoxdur. Bununla belə, bəzi tövsiyələr onun təsirini minimuma endirməkdə faydalı ola bilər.

Fərqli saat qurşağı olan yerə gedirsinizsə, uçuşunuzdan bir neçə gün əvvəl bioloji ritminizi həmin yerin saat qurşağına uyğun tənzimləyə bilərsiniz. Gedəcəyiniz yerdə iki gündən çox qalmayacaqsanızsa bioloji ritminizi dəyişmək tövsiyə edilmir.

Uçuşdan bir gün əvvəl və uçuş günündə özünüzü həddindən artıq yükləməyin və spirtli içkilər içməyin.

Axşam daha tez saatlarda enə biləcəyiniz uçuş vaxtlarını seçin. Beləliklə, enişdən sonra yuxu rejiminizi tənzimləmək üçün vaxtınız olur.

Ləman Əsədli

Twitter: lamanasadli01

Digər Kateqoriyalar

2023 © AzerVoice