Əsas səhifə » İzzədin əl Qəssam kimdir?

İzzədin əl Qəssam kimdir?

Laman Asadli

Bakı. AzerPress:

İzzədin əl Qəssam ləqəbli Məhəmməd İzzəddin bin Abdulqadir əl Qəssam 1883-ci ildə Suriyanın Lazakiya bölgəsinin cənub-şərqindəki liman şəhəri Cəbələdə anadan olmuşdur. Ailəsi, babasının vaxtından İraqdan bura köçmüşdülər. İzzəddin Əl Qəssam uşaqlığını Cəblədə keçirib. İlk təhsilini ana və atasından almışdır. Atası müdərris, anası elm əhli bir ailənin qızı idi. Mədrəsələrdə ilk Qurani-Kərim və riyaziyyat dərsləri almışdır. Ayrıca Şeyx Abdulqadir Qeylaniyə bağlı Qadiri təriqətinə mənsub olan atası Abdulqadir bin Mustafa bin Yusuf bin Muhamməd əl Qəssamdan da din təhsili almışdır.

Atası mədrəsənin professoru və şəriət məhkəməsinin üzvü idi. İzzəddin on dörd yaşında ikən qardaşı Fəxrəddinlə birlikdə dövrünün ən büyük İslam mərkəzi sayılan Qahirədəki Əl-Əzhərə getdi, 1909-cu ilə qədər davam edən təhsili dövründə Məhəmməd Əbduh və Məhəmməd b. Əbdülməlik əl-Aləmi kimi müəllimlərdən faydalanmışdır. M. Rəşid Rza, İzzəddin Aləmüddin ət-Tənuhi, Züheyr Əş-Şaviş, Əli ət-Tantavi kimi şəxsiyyətlərlə dostluq etmişdir.

banner

Misirdə təhsil aldığı dönəmlər onun təkcə islami elmlərdə deyil, hər sahədə yetişməsinə, düşüncələrinin püxtələşməsinə səbəb olmuşdu. Belə ki, ingilislərə qarşı üsyanı alovlandıran və böyük şöhrətə sahib Urabi paşanın fəaliyyətləri hərkəsin dilindəydi. Ərəb dünyasında Urabi İnqilabı olaraq adlandırılan mübarizə hər nə qədər uğurlu olmasa da artıq bir işıq olaraq yol göstərirdi. İzzəddin Əl Qəssam növbəti illərdə Urabi paşadan aldığı dərsləri tətbiq etmə imkanı əldə edəcəkdi.

İzzəddin Əl Qəssam, 1896-cı ildə Əzhərdəki təhsilini tamamladıqdan sonra vətəni Cəbləyə qayıtmaq qərarına gəldi. Döndükdən qısa bir müddət sonra, dərslərin pedaqoji üsulunu öyrənmək üçün Osmanlı Dövlətinin paytaxtı İstanbula getdi. 1903-cü ildə yenidən öz vətəninə döndü. Qəsəbədə sübh vaxtı uşaqlara, axşamlar da böyüklərə dərs verməyə başladı. Bir müddət sonra 1912-ci ildə uşaqlara və böyüklərə təhsil vermək üçün məktəb qurdu. Ayrıca İbrahim bin Əthəm məscidində hədis və təfsir sahəsində təhsil aldı və bununla yanaşı Cəblədəki hərbi komissarlığa işə düzəldi. İşlərini bitirdikdən sonra gün ərzində məscidlərdə dərs verməyə fokuslandı.

Daha sonra isə İzzəddin Əl Qəssam Şəhərin mərkəzindəki ən önəmli məscidlərdən biri olan Mənsuri Məscidində xütbə vermək üçün vəzifələndirildi. Bacarıqlı və natiqlik qabiliyyəti sayəsində insanları özünə cəlb edə bilirdi.
Xütbələrində kütləyə böyük şövq verirdi.

“Bir qövm özünü dəyişdirmədikcə Allah da onların vəziyyətini dəyişdirməz. İzzətli və cömərd olun. İzzət Allahın, onun Rasulu və Peyğəmbərinindir. Təslimiyyəti qəbul edən, haqqsızlığa boyun əyən və insanlara qulluq edən kimsədə iman yoxdur.“

İtalyanlar Liviyaya hücum edəndə (1911) Qəssam əvvəlcə bəzi nümayişlər təşkil edib himn yazdı, həmçinin xalqı silahlı mübarizəyə dəvət etdi. Osmanlı ordusunda qalan könüllü əsgər və onların ailələri üçün pul toplamağa başladı. 250 könüllü ilə Tripoliyə getmək üçün bir ay gözlədikdən sonra Balkan müharibəsi başlayandan və italyanlarla razılıq əldə edildikdən sonra cəbhəyə gedə bilmədən geri döndü. Birinci Dünya Müharibəsi başlayanda Osmanlı ordusu sıralarında döyüşmək üçün birbaşa müraciət etdi. Bundan sonra hərbi təlim keçdikdən sonra cəbhəyə qarnizon imamı təyin edildi. Yaxın Şərqin Osmanlı İmperatorluğundan ayrılması məsələsi ortaya çıxanda o, Cəbələyə qayıdıb xalq ordusu qurdu. Müharibədən sonra fransızlar Suriyaya yerləşdikdə Ömər əl-Beytarla birlikdə müqavimət hərəkatına başladı. Fransızlar tərəfindən edam edilmək üçün axtarışa verildiyi zaman Fələstinə gedib Hayfada məskunlaşdı (1921).

Hayfada dərs deməyə başlayan Qəssam Fələstinin İstiqlal məscidinə yerləşdi və kəndlərindən qovulan insanlara yardım etməyə başladı. Onların təlim tərbiyəsi ilə məşğul oldu. Bu fəaliyyətləri xalq tərəfindən böyük rəğbətə səbəb oldu. Həsən əl-Bənnanın rəhbərliyi ilə Muhibbüddin əl-xatib tərəfindən qurulan Müsəlman Gənclik Dərnəyinin (Cəm’iyyətu’ş-şubbani’l-müslimin) üzvü oldu və bir müddət sonra onun prezidenti seçildi. Bu münasibətlə o, kəndləri gəzməyə başladı və yerli xalqı ingilis işğalı və sionist hərəkatı haqqında marifləndirmək üçün çalışdı. O, yəhudilərə torpaq satılmasının qəti əleyhinə idi və bunun qarşısını almaq istəyirdi. Ətrafına toplaşan və “məşayix” (ölümündən sonra Kassamiyyun) adlandırılan tərəfdarları təşkil etdi. 1930-cu ildən rəsmi nikah məmuru vəzifəsinə təyin edildi.

Hayfada mübarizənin adı: İzzəddin Əl Qəssam

Suriyadakı Siyon dağındakı üsyan (1919-1920) uğursuz olduqdan sonra 1921-də öz silahdaşları ilə Fələstinə gedən Qəssam üçün Fransızlar tərəfindən ölüm fərmanı verilmişdi.

Bu dönəmdə Qassam İngilis müstəmləkəçiliyinə qarşı xütbələr verir və xalqı mübarizəyə səsləyirdi. Çünki İzzəddin Qassam yəhudi təhdidinin ciddiyyətini və İngilis mandatının bu təhdidin güclənməsindəki oynadığı rolu bilirdi. Ancaq xütbə verməklə iş bitmirdi. Daha da önəmli və təhlükəli gizli hərəkatlara liderlik etməyə hazırlanırdı.

Suriyadakı Fransızlara qarşı apardığı mübarizənin təcrübələriylə planlama, ciddi təşkilatlanma və müstəmləkəçilərin erkən hücumlarından siğortalanmaq üçün gizliliyin vacib olduğunun fərqində idi.

Ümumi mübarizə hazırlığını başa vurduqdan sonra İngiltərənin Fələstində sionist yəhudi dövlətinin yaradılmasını qəbul etdiyini bəyan edən Balfur bəyannaməsinin ildönümündə (2 noyabr 1935-ci il) hərəkata başladı. Lakin sonrakı günlərdə ingilislər təşkilatın məxfi qərargahına basqın etdilər və Nablus və Cenin arasındakı Yəbüd məntəqəsində (20 noyabr 1935) qarşıdurma nəticəsində İzzəddin əl-Qəssam şəhid oldu. Onun cənazəsi Hayfaya aparıldı və ertəsi gün dəfn edildi. Bu münaqişə ingilislərə qarşı silahlı mübarizənin başlanğıcı oldu və 1936-cı il aprelin 19-da başlayan və ilk intifada hesab edilən Fələstin qiyamında qəssamçılar mühüm rol oynadılar.

İzzəddin əl-Qəssamın hərəkatı hərbi özəlliyə malik hərəkat olması ilə İngiltərə administrasiyasına qarşı cihad ideyasında birləşən digər hərəkatlardan, xüsusən də Misirdə Həsən əl-Bənna tərəfindən qurulan Müsəlman Qardaşlarına yaxınlığı ilə fərqlənir. Əslində, bəzi fələstinli qruplar 1980-ci illərin sonlarında hərbi qanadlarına İzzəddin əl-Qəssam adını vermişdilər.

Qəssam Suriya liderlərindən Məhəmməd Kamil əl-Qəssabla birlikdə Məhəmməd Şubhi Huzeyrana təkzib olaraq bidətlər, xüsusilə də cənazə mövzusunda kitab yazmışdı. (ən-Nəhd ve’l-beyân fi def’i evhâmi. Huzeyran, Dəməşq 1925).

X: Lamanasadli01

Digər Kateqoriyalar

2023 © AzerVoice