Əsas səhifə » İran mifologiyasında Adam-e Əbi nədir?

İran mifologiyasında Adam-e Əbi nədir?

Azer Voice

Bakı,AzerVoice

İran mifologiyası qədim İranda yayılmış bir mifologiyadır. İran mifologiyasının formalaşmasının ilkin mərhələsi Hind-İran icması dövrünə aiddir.

Mifologiyanın əsas mətni şair Firdovsinin X–XI əsrlərin əvvəllərində yazdığı “Şahnamə”dir. Firdovsinin əsəri təkcə “Avesta”dan deyil, həm də “Bundahişn” və “Denkard” kimi sonrakı dövrlərə aid mətnlərdən də zərdüştiliyin hekayələri və personajlarına istinad edir. Hər halda, İran mifologiyasının bərpası üçün istifadə edilən əsas mənbə “Avesta”dır.

İran mifologiyası Hindistanın veda mifologiyasına yaxındır. Ortaq Hind-Avropa əsasına qayıdır.İran mifologiyasının qədim təbəqəsinin bir çox adları veda ilahilərinin adları arasında ümumi köklərə malikdir. Məsələn, sonradan Cəmşid olmuş Yima əslində veda tanrısı Yamadır. Cəmşid hekayəsi Qədim İran mifologiyasının ən dolğun əfsanələrindən biridir.

banner

Bütün bunlarla yanaşı müasir İraqnda yayğın olan mifologiyalarda türk miflərinə də rast gəlmək olur və hətta türk miflərinin şəhər insanları arasında daha yayğın olduğunu  görmək olur.

AzerVoice İranda yayğın olan mifiloji “varlıqlar” haqqında məlumataları mütəmadi olaraq təqdim edir.

İran mifilogiyasında “Adam-e Əbi” nədir?
İranən Dezful bölgəsin əhalisinin inanclarında “Adəm-e Əbi” və ya “Oovi Adəm” kimi tanınan bir mifik varlıq mövcuddur.
İnanca görə, bu  “varlıqlar” dərin və sakit axan çayların sularında, xüsusən də Dez çayında yaşayır. Beldən aşağı balığa, beldən yuxarı isə insanlara bənzəyirlər.
Onların qara dərisi və uzun, qıvrım saçları var. Bu “canlılar” bəzən suyun altından çıxır və qayalıqlarda və bəzən də daşların altında dincəlir. Xalq bu “varlıqları” müqəddəs hesab edir, onlara hörmətlə yanaşır, kökləri keçmişdən gələn bir inancdır.

Digər Kateqoriyalar

2023 © AzerVoice