Əsas səhifə » İmran Xan kimdir?

İmran Xan kimdir?

Laman Asadli

Bakı, AzerVoice:

İmran Xan 1952-ci ilin oktyabrında Pakistanın Lahor şəhərində anadan olub. 1975-ci ildə Keble Kollecini bitirib. Kriketlə maraqlanan Xan 16 yaşında Lahor A komandasında oynamağa başlayıb. 1982-ci ildə otuz yaşlı Xan Pakistanın kriket komandasına kapitanlıq etməyə başladı. 1996-cı ildə Pakistan Ədalət Hərəkatını qurdu və onun ilk rəhbəri oldu. O, 2002-ci ilin noyabrından 2007-ci ilin oktyabrına qədər Pakistan Milli Assambleyasının Mianvali seçki dairəsindən parlament üzvü seçilib. 23 noyabr 2005-ci ildə Xan Bradford Universitetinin rektoru təyin edildi. 25 iyul 2018-ci ildə Pakistanda keçirilən ümumi seçkilərdə onun rəhbərlik etdiyi Ədalət Hərəkatı 2013-cü ildə Pakistan parlament seçkilərində onun partiyası kimi milli məclisdə 35 yer qazandı. O, 18 avqust 2018-ci ildə Pakistanın Baş naziri vəzifəsinə başlayıb.

2022-ci il aprelin 9-da parlamentdə keçirilən etimadsızlıq səsverməsində hökumət 172 səs çoxluğu həddinə çatmadı və baş nazir istefaya göndərildi.

Xan, koalisiya hökumətinin növbədənkənar seçkilər elan etmədiyini əsas gətirərək 28 oktyabr 2022-ci ildə Lahordan İslamabada yürüşə başlayıb. 2022-ci il noyabrın 3-də Vəzirabadda konvoyu atəşə tutularkən Xan hər iki ayağından yaralanıb. Hücum nəticəsində 1 nəfər ölüb, 13 nəfər yaralanıb.

banner

Aprelin 10-da Pakistan parlamentində keçirilən etimad səsverməsində İmran Xan hökuməti 174 “yox” səsi ilə geriləyib. Aprelin 11-də parlamentdə keçirilən seçkidə 3 müddət ölkənin baş naziri olmuş Nəvaz Şərifin qardaşı Şahbaz Şərif 174 səslə mütləq əksəriyyətin dəstəyi ilə baş nazir seçilib.

Daha sonra Xan yüksək rütbəli kəşfiyyat rəsmisini ona qarşı sui-qəsdin arxasında durmaqda ittiham edib. Pakistan ordusu keçmiş baş nazir İmran Xanın ona qarşı sui-qəsdin arxasında yüksək rütbəli kəşfiyyatçının dayanması ilə bağlı iddialarını “məsuliyyətsiz və əsassız” adlandırıb. Xan 2023-cü il mayın 7-də verdiyi açıqlamada ona qarşı sui-qəsdin arxasında baş nazir Şahbaz Şərif, daxili işlər naziri Rana Sanaullah və Xidmətlərarası Kəşfiyyat (ISI) direktorunun müavini general-mayor Faysal Nasirin dayandığı iddialarını davam etdirib.

Pakistanın keçmiş baş naziri İmran Xan paytaxt İslamabadda yarım hərbi birləşmələr tərəfindən həbs edilib. Milli mətbuatda yer alan xəbərlərə görə, Pakistan Ədalət Hərəkatı Partiyasının (PTI) lideri Xan ona qarşı açılan işlərin dinləmələrində iştirak etmək üçün Lahordan İslamabada gəlib.

X: Lamanasadli01

Xəbərlərimizi “WhatsApp” kanalımızdan oxuyun

Digər Kateqoriyalar

2023 © AzerVoice