Əsas səhifə » İbrahim Traore kimdir?

İbrahim Traore kimdir?

admin

Bakı, AzerPress:

Burkina Faso lideri İbrahim Traore bütün dünyada maraq doğuran liderlər sırasında yer almağa başlayıb. Afrikada Qərb rejimlərinə köləlik dövrünün bitdiyini və tam müstəqillik savaşının başladığını ifadə edən açıqlaması ilə diqqət çəkən İbrahim Traore 1988-ci ildə anadan olub. O, Müsəlman Tələbələr Assosiasiyasının üzvü olduğu Uaqduqu Universitetində təhsil alıb.

Traore 2010-cu ildə Burkina Faso ordusuna qatılıb və 2020-ci ildə kapitan rütbəsinə yüksəlib. O, 2019-cu ildə yaradılmış terrorla mübarizə bölməsi olan “Kobra” xüsusi təyinatlılarına qoşulub.

İbrahim Traore 2022-ci ilin yanvarında Burkina Faso çevrilişini dəstəkləyən, Mühafizə və Bərpa Uğrunda Vətənpərvər Hərəkatının hərbi xuntasını hakimiyyətə gətirən ordu zabitləri qrupunun bir hissəsi idi. O, Burkina-Fasonun şimalındakı Kaya şəhərindəki hərbi hissənin rəisi, artilleriya bölməsi ilə yanaşı, “Kobralar”ın tərkibində xidmət edib.

banner

O, Burkina Fasoda cihadçıların üsyanı zamanı üsyançılara qarşı cəbhədə vuruşan çoxsaylı gənc zabitlərdən biri idi. Yanvar çevrilişinin bir çox tərəfdarı xunta lideri Paul-Henri Sandaogo Damibanın cihadçı üsyanı yatırmaq üçün göstərdiyi fəaliyyətdən narazı idi.

Traore daha sonra Damibanı özü və digər zabitlər kimi üsyana “yenidən diqqət yetirməyə” inandırmağa çalışdı. O, hakimiyyətə gəldikdən sonra müvəqqəti olaraq boş olan baş nazir postuna Apolliner Yoahim Kyelem de Tambelanı təyin etdi.

Ləman Əsədli

Twitter:lamanasadli01

Digər Kateqoriyalar

2023 © AzerVoice