Əsas səhifə » Hidayət Oğuzxan kimdir?

Hidayət Oğuzxan kimdir?

admin

Bakı, AzerPress:

Hidayət Oğuzxan 16 oktyabr 1975-ci ildə Şərqi Türküstanın Kaşqar şəhərində tacir ailəsində anadan olub.

O, tələbəlik illərində sərbəst ticarətlə məşğul olub və maliyyə cəhətdən uğurlu iş adamı kimi tanınıb. Ömrünü Şərqi Türküstan davasına həsr edən Oğuzhan bu gün ortaqları ilə Türkiyədə tekstil biznesində pay sahibidir. O, uyğur, türk, ingilis, ərəb, ordu və pəncab dillərini mükəmməl bilir.

Hidayət Oğuzhan gənclik illərini Pakistanda keçirib və 1984-cü ildən yaşadığı Pakistanda ibtidai və orta təhsilini müvəffəqiyyətlə bitirib. Daha sonra Lahor Beynəlxalq İslam İnstitutunda İslam Elmləri üzrə bakalavr təhsilini tamamlayıb. H. Oğuzxan magistr dərəcəsini Pəncab Universitetində “Şərqi Türküstana Tarixi Baxış” adlı araşdırması ilə alıb.

banner

H. Oğuzxan 2006-cı ildə dostları ilə birlikdə ortaq məşvərətlə hərəkət etmək, bütün dünyada Şərqi Türküstan xalqının milli kimliyini inkişaf etdirmək, gələcək nəsillərin daha savadlı və daha şüurlu olması, ən əsası Şərqi Türküstan davası uğrunda mübarizə aparmaları üçün Şərqi Türküstan Maarif Hərəkatını qurdu və Müstəqil Şərqi Türküstanın qurulması üçün vəkillik vəzifəsini öz üzərinə götürərək siyasi qurumun yaradılması üçün Şərqi Türküstan Təhsil və Həmrəylik Dərnəyi adı altında fəaliyyətini həyata keçirdi. Bu günədək bu hərəkat çərçivəsində dünyanın müxtəlif ölkələrində 20-dən çox qeyri-hökumət təşkilatı vahid ideologiya, doktrina əsasında fəaliyyət göstərir.

2018-ci ildə Hidayət Oğuzxanın sədrliyi ilə dünyanın hər yerində fəaliyyət göstərən Şərqi Türküstan diasporasında mühafizəkar təşkilatlar bir araya gələrək Şərqi Türküstan Təşkilatları Beynəlxalq Birliyini yaratdılar.

Ləman Əsədli

Twitter: lamanasadli01

Digər Kateqoriyalar

2023 © AzerVoice