Əsas səhifə » Hasan Kundakçı kimdir?

Hasan Kundakçı kimdir?

admin

Bakı, AzerPress:

“Tamburalı Paşa” kimi tanınan Hasan Kundakçı, 1937-ci ildə Afyonkarahisarda anadan olub. 1955-ci ildə Kuleli Hərbi Liseyini, 1957-ci ildə Hərbi Akademiyanı piyada leytenantı rütbəsi ilə bitirib. 1959-cu ildə Piyada məktəbində təhsilini başa vurduqdan sonra 1961-1962-ci illərdə 12-ci Koreya Diviziyasında taqım komandiri, 1965-1967-ci illərdə Ağrı və Tendürək dağlarında sərhəd rütbəsi komandiri vəzifələrində xidmət edib. 1979-1980-ci illərdə Kiprdə 230-cu Piyada Alayına komandirlik edib. 1984-cü ildə briqada generalı rütbəsi alıb. O, iki il 70-ci Mexanikləşdirilmiş Piyada briqadasının komandiri və Siirtdə Hərbi vəziyyət komandirinin müavini vəzifələrində çalışıb.1986-cı ildə Xüsusi Müharibə Şöbəsinin rəisi vəzifəsinə təyin edilib. O, 1970-ci illərdə Afinada hərbi attaşe vəzifəsində çalışıb.

1994-1995-ci illərdə Cənub-Şərqi Anadolu bölgəsində və Şimali İraqda çox güclü bir əsgər olub. 1993-1995-ci illərdə Diyarbakır Jandarma Asayiş bölgə komandiri vəzifəsində çalışıb.

Hasan Kundakçı, kiprli yunan nümayişçi Solomos Solomou 14 avqust 1996-cı ildə Kipr Türk Sülh Qüvvələrinin komandanı vəzifəsini icra edən zaman türk bayrağını endirmək üçün dirəyə dırmaşarkən güllələnərək öldürülməsi əmrini verib. Bu zaman Kipr Rum tərəfinin müraciəti ilə bağlı onun haqqında İnterpol qırmızı bülleten çıxarıb. Kundakçının səlahiyyət müddəti 1996-cı ildə bir il uzadılıb və 1997-ci ildə təqaüdə çıxıb. İki övladı var.

banner

General-leytenant Həsən Kundakçı 16 yanvar 2023-cü ildə, 86 yaşında dünyasını dəyişib. Kundakçı, Zincirlikuyu qəbiristanlığında dəfn edilib.

Hasan Kundakçının terrorla mübarizədən bəhs etdiyi “Cənub-Şərqdə Unudulmazlar” adlı kitabı da var.

2017-ci ildə Vətən Partiyasına üzv olub.

Digər Kateqoriyalar

2023 © AzerVoice