Əsas səhifə » Fatih Erbakan kimdir?

Fatih Erbakan kimdir?

admin

Bakı, AzerPress:

1 yanvar 1979-cu ildə anadan olan Fatih Erbakan “Milli Görüş” ideologiyasının mərhum Lideri Prof.Dr. Necmettin Erbakanın 3-cü övladıdır. Orta təhsilini Ankarada İmam Hatip orta məktəbində alan Muhammed Ali Fatih Erbakan daha sonra Ankara Ayrancı məktəbində təhsil alıb.

O, orta təhsilini tamamladıqdan sonra Başkent Universitetinin Elektrik-Elektron Mühəndisliyi fakültəsini müvəffəqiyyətlə bitirmişdir. Aspirantura təhsili almaq üçün İngiltərəyə gedən F. Erbakan anası Nermin Erbakanın vəfatı ilə əlaqədar geri qayıtmalı oldu və ali təhsilini Başkent Universitetinin Elektrik-Elektron Mühəndisliyi Fakültəsində tamamladı. F. Erbakan elə eyni universitetdə İdarəetmə və Təşkilatçılıq üzrə doktorluq dərəcəsi alıb, ingilis dilini əla səviyyədə bilir.

O, Türkiyənin Milli Gənclik Vəqfi, Anadolu Gənclik Dərnəyi, Fazilet və Saadet Partiyalarının gənclərlə fəaliyyətlərində aktiv rol oynayıb.

banner

Hazırda atasının vəfatından sonra qurduğu Prof. Dr. Necmettin Erbakan Vəqfinin İdarə Heyətinin sədridir.

Bundan əlavə, o, 3 Noyabr 2018-ci il tarixində 99 qurucu heyət üzvü ilə yenidən Rifah Partiyasını qurub.

Yenidən Rifah Partiyası 2023-cü il 14 may tarixində keçiriləcək prezident seçkilərində Cumhur İttifaqına qoşularaq Rəcəb Tayyib Ərdoğanı dəstəkləyəcəklərini və Türkiyənin iqtidarda olan Ədalət və İnkişaf Partiyasının (AK Parti) daxilində seçkilərə qatılacaqlarını açıqlayıb.

Hazırladı
Ləman Əsədli

Digər Kateqoriyalar

2023 © AzerVoice