Əsas səhifə » Esat Oktay Yıldıran kimdir?

Esat Oktay Yıldıran kimdir?

admin

Bakı, AzerPress

Esat Oktay Yıldıran 15 fevral 1949-cu ildə Türkiyədə doğulub 1974-cü ildə Kipr Barış Hərəkatında iştirak edib.

Türkiyədə 1980-ci ildə baş verən 12 Sentyabr çevrilişindən sonra Yıldıran 24 fevral 1981-1983-cü illər arasında Diyarbəkir Qapalı Tipli Hərbi Həbsxanada kapitan rütbəsi ilə təhlükəsizlik rəisi vəzifəsində çalışıb.

Yıldırannın Diyarbəkir Həbsxanasına təyin olunduqdan sonra bu həbsxanada yüksək intizam üsullarının tətbiq olunmağa başladığı, türkcə danışmaq istəməyən məhbuslara bir gecədə İstiqlal Marşı, Andımız, Gəncliyə Xitab və Atatürk İlkelərini əzbərlətdirdiyi haqda iddialar var.

banner

Yıldıran Diyarbəkir Həbsxanasındakı vəzifəsi bitdikdən sonra İstanbulada , İstanbul 23-cü Piyada Diviziyasında mayor rütbəsi ilə batalyon komandiri vəzifəsinə təyin edilib.

22 oktyabr 1988-ci il tarixində Yıldıran həyat yoldaşı və övladı ilə Ümraniyənin Sarıqazi səmtindəki hərbi lojmanların qarşısındakı dayanacaqdan avtobusa minib. Eyni dayanacaqdan avtobusa minən iki nəfər Yıldıranın oturduğu oturacağın arxasındakı oturub. İzdihamlı avtobus saat 14.50-də Kısıklı Meydanında dayanarkən sui-qəsdçilərdən biri atəş açıb. Arxadan açılan atəş nəticəsində güllələrdən ikisi Yıldıranın boynuna və kürəyinə dəyib. Açılan atəş nəticəsində avtobusdakı sərnişinlərdən biri də yaralanıb. Atəş açan iki terrorist avtobusdan düşüb qaçıblar.

22 oktyabr 1988-ci ildə Esat Oktay Yıldıran PKK tərəfindən xaincə şəhid edilmişdir.

Digər Kateqoriyalar

2023 © AzerVoice