Əsas səhifə » Əhməd Çelikten kimdir?

Əhməd Çelikten kimdir?

admin

Bakı.AzerPress

Dünya və Türk tarixinin ilk qaradərili döyüş pilotu, Osmanlı və Cumhuriyət zabiti, Qara Qartal rütbəli polkovnik Əhməd Çelikten 1883-cü ildə afro-türk olaraq İzmirdə dünyaya gəlib.

Atasını gənc yaşlarında itirən Əhməd bəy gnc yaşlarında hərbi məktəbə yazılır və 1908-ci ildə leytenant rütbəsi ilə oranı bitirdikdən sonra Osmanlı ordusuna qatılır.

O, çox ağıllə, zəhmətkeş və bacarıqlı bir tələbə və zabit olduğu üçün digər tələbə yoldaşlarından seçilirdi.
Polkovnik, Osmanlı siyasətcisi və əskəri olan Ənvər Paşanın yaratdığı Təyyarə Məktəbini 1-ci dərəcə ilə bitirib.

banner

Daha sonra, 1916-cı ilin noyabrında o, kapitan rütbəsinə yüksəlib və Hərbi Hava Qüvvələrinə qayıtdıqdan sonra tarixdə ilk qaradərili qırıcı pilot adını alıb.

Birinci Dünya Müharibəsində bir çox cəbhələrdə xidmət edən Əhməd sonra Qurtuluş Döyüşünə qatılmaq üçün Anadoluya səfər edib.

Konya Hərbi Hava Bazasında pilot olan Çelik, 2 Yunan təyyarəsini vurub və bir çox kəşfiyyat işləri aparıb.

Müharibədən sonra Türkiyə Böyük Millət Məclisinin yüksəlişi ilə birlikdə Qırmızı Zolaqlı İstiqlal medalı ilə təltif edildiyi üçün polkovnik-leytenant rütbəsinə yüksəlib.

1928-ci ildə Türkiyə Cumhuriyətinin banisi Mustafa Kamal Atatürk tərəfindən Hava Qüvvələri üzrə Müşavir vəzifəsinə təyin edilib.

Qeyd edək ki, Çelikden soyadını da Əhmədə Atatürk verib. Əhməd 1949-cu ildə Türk Silahlı Qüvvələrindən polkovnik rütbəsi ilə təqaüdə çıxıb.

Fransız və alman dillərini mükəmməl bilən Əhməd Çelikdənin üç nəvəsi də pilotdur. 1969-cu ildə İzmirdə dünyasını dəyişən pilot və eyni ilin may ayının 15-də dövlət mərasimi ilə İzmirdə dəfn edilib.

Digər Kateqoriyalar

2023 © AzerVoice