Əsas səhifə » Əbapuş-i Vəli kimdir?

Əbapuş-i Vəli kimdir?

admin

Bakı, AzerPress

Mövləvi tariqətinin şeyxlərindən bir, olan Əbapuş Vəli Germiyan şahzadələrindən Xızır paşanın oğludur.

Balı Mehmed Çələbi və Balı Sultan olaraqda tanınmışdır. Babası Süleyman şah Sultan Vələdin qızı Mütəhhərə Sultanla evli olduğundan onun soyu Mövlana Cəlaləddin-i Rumiyə qədər gedib çıxır.

Mövləvi dərvişlərindən olan atası ona sultanlıq paltarı yerinə əba geydirdiyi üçün “Əbâpuş-i Vəli” adı ilə tanınırdı. Ömrünün çox hissəsini Afyonkarahisar dağında hücrədə keçirib. Şəhərə nadir hallarda enən Balı Sultan bu hücrədə etdiyi söhbətlərlə dərvişlərinin mənəvi həyatına işıq salırdı.

banner

Əbapuş-i Vəlinin Mövləvi tarixi baxımından əsas əhəmiyyəti, Divanə Mehmed Çələbinin atası olması və sağ ikən oğlunu postnişe təyin etməsidir.

Əbapuş-i Vəlinin Mövləvi tarixi baxımından əsas əhəmiyyəti, Divanə Mehmed Çələbinin atası olmasıdır. Beləliklə, Afyonkarahisar dərgahı Konyadan sonra Mövləvilərin ikinci mühüm mərkəzi oldu.

Mənbə: İslam tarixi ensiklopediyası

Digər Kateqoriyalar

2023 © AzerVoice