Bakı,AzerPress
Druzlar və ya dürzilər (ərəb. الدُرُوز, təkdə ərəb. دَرْزِيّ) şiəliyinin İsmailiyyə qolundan çıxan və Fatimi xəlifələrindən olan əl-Həkim bi Əmrillahın (vəfatı 926- 1021) vəziri Həmzə ibn Əlinin (ö. 1021) əsasını qoyduğu təriqətdir. Druzə mənsub olanlar əl-Hakim bi-Amrillahın ilahiliyinə inanırlar.
Təriqəti sistemləşdirən Həmzə ibn Əli bu məzhəbin peyğəmbəri olduğunu iddia edirdi.
Həmçinin oxuyun:
Rifailik nədir?
Durzilərin bir hissəsi Livan və Suriyada, az bir hissəsi isə İsraildə yaşayır.
Druz əmirlərinin Livanda ən qüdrətli dövrü II Fəxr əd-din Məan (1590-1633) və II Bəşir Şihabın (1788/89-1840) hakimiyyəti illərinə təsadüf edir. Maruni kəndliləri və onların feodal ağaları olan druz zadəganları arasındakı sinfi ziddiyətlər nəticəsində XIX əsrin 40-60-cı illərində Livanda Druz və xristian Marunilər arasında silahlı toqquşmalar baş verib.