Əsas səhifə » Dua nədir?

Dua nədir?

Azer Voice

Bakı,AzerPress

Dua ərəbcə çağırma, səslənmə mənasının verir. Quranda  dua  və çağırış (çağırmaq) haqqında müxtəlif  ayətlər var. (Peyğəmbəri öz aranızda bir-birinizi çağırdığınız kimi çağırmayın! Şübhəsiz ki, sizin içinizdən (icazəsiz) xəlvətcə aradan çıxanları Allah bilir. Buna görə də Onun əmrinə qarşı çıxanlar başlarına bir bəla gəlməsindən, yaxud acı bir əzaba düçar olmaqdan çəkinsinlər! (Bu ayə Həzrət Peyğəmbərə (s.ə.s.) adı ilə xitab etməyin, yaxud ondan bəhs edərkən ancaq adını söyləməyin doğru olmadığını və müsəlmanlara yaraşmadığını ifadə edir. Buna görə də Həzrət Peyğəmbərdən bəhs edərkən “Mühəmməd əleyhissəlam”, “Rəsuli-əkrəm”, “Həzrət Peyğəmbər”, “Rəsulullah” kimi hörmət bildirən ifadələri işlətmək daha düzgündür. Bundan başqa, Həzrət Peyğəmbərin adı çəkildiyi zaman ona salavat gətirmək də hər bir müsəlmanın borcudur.) Qurani-Kərim24/63)

Həmçinin oxuyun:
İslamdan öncə Muhəmməd adı istifadə olunurdu?
İslamın gəlişindən əvvəl Ərəbistan yarımadasında hansı dinlər üstünlük təşkil edirdi? (ARAŞDIRMA)

Digər bir məna isə, yalvarmaq deməkdir ki  Quranda bu haqda belə buyurulmaqdadır : “Orada Zəkəriyya Rəbbinə dua edib dedi: “Ey Rəbbim! Mənə, Öz tərəfindən xeyirli bir nəsil bəxş et! Sən, həqiqətən, duanı eşidənsən”.( 3/38)


Dua eyni zamanda ibadət mənasını da verməkdədir. “Onlar Allahla yanaşı başqa bir ilaha dua etməz, Allahın haram etdiyi cana haqsız yerə qıymaz və zina etməzlər. Kim bunları edərsə, cəzasını çəkər. (25/68)

banner

Digər bir manası isə, yardım istəməkdir. Bir hədisdə dua haqqında  belə deyilməkdədir “ Dua ibadətin özüdür” Digər bir hədisdə dua  haqqında belə deyilir “

 “Hər kim dəstəmaz aldıqdan sonra qibləyə tərəf dönərək: “Allahdan başqa ilah yoxdur. O, təkdir və şəriki yoxdur.Mülkiy sahibi odur və həmd yalnız Ona məxsusdur və O, hər şeyə qadirdir” duasını oxusa, cənnət qapıları onun üzünə açılar”

Digər Kateqoriyalar

2023 © AzerVoice