Əsas səhifə » Dopamin detoksu nədir?

Dopamin detoksu nədir?

admin

Bakı, AzerPress:

Dopamin beyində istehsal olunan bir nevro transmitterdir. Zövq aldığımız və ya özümüzü mükafatlandırmaq üçün bir şey etdiyimiz zaman beynimizdə dopamin istehsal olunur. Dopamin alış-veriş edərkən yaxud sevimli desertinizi yeyərkən istehsal olunur və özünüzü daha xoşbəxt hiss etməyinizə səbəb olur. Dofaminin qeyri-kafi ifraz olunması yuxu pozğunluğu, yorğunluq və narahatlıq kimi bir çox mənfi hallara gətirib çıxarır.

Dopamin detoksunun əsas məqsədi insanın özünü daha güclü və mental cəhətdən daha yaxşı hiss etməsidir. Dopamin detoksunda beynin davamlı olaraq dopamin istehsalı vərdişləri daha sadə vərdişlərlə əvəz edilir. Bir sözlə, beyni xoşbəxt edən hadisə və vəziyyətlərdən bir müddət uzaqlaşırsınız. Çünki beyin əvvəlcə dopamin ifrazının artmasını alışqanlıq halına gətirir və gələcəkdə eyni vəziyyətdən narazı olmağa başlayır.

Detoksun sonunda insanın dopamin ifrazını təşviq edən fəaliyyətlərdən daha az təsirlənməsi gözlənilir.

banner

Dopamin detoksu üçün xüsusi bir qayda yoxdur. Buna kiçik addımlarla da başlaya bilərsiniz. Gün ərzində sizi xoşbəxt edən şeylərdən yavaş-yavaş uzaqlaşın. Böyük dəyişikliklərlə başlamaq sizi fiziki cəhətdən yora bilər. Məsələn, telefonunuzu 1 saat söndürmək sizin üçün vacib bir addım olacaq. Sosial medianızdan bir günlük də olsa uzaqlaşmaq, çox zövq aldığınız mühitlərdən çıxmağınıza imkan verəcək. Bunun əvəzinə siz rəsm çəkə, yemək bişirə və ya meditasiya edə bilərsiniz. Həmişə eyni stimulun təsiri altında olmağınızın şüurlu şəkildə qarşısını alacaqsınız.

Detoks sayəsində zehniniz güclənəcək, yaradıcılıq səviyyəniz yüksələcək və artıq dopamini idarə edəcəksiniz. Kiçik şeylərlə daha xoşbəxt ola biləcəyinizi başa düşəcəksiniz. Bundan əlavə, dopamin detoksu insanda narahatlıq və stressi əhəmiyyətli dərəcədə azaldır.

Ləman Əsədli
Twitter: lamanasadli01

Digər Kateqoriyalar

2023 © AzerVoice