Əsas səhifə » Dəspinə Xatun kimdir?

Dəspinə Xatun kimdir?

admin

Bakı, AzerPress:

Əsl adı Teodora olan Dəspinə Xatun Trabzon imperatoru Komnenoslardan IV İohannın qızıdır. O, 1439-cu ildə Trabzon şəhərində anadan olub.

Gözəlliyi ilə məşhur olan Teodora ilə zəmanəsinin ad-san qazanmış hökmdarları evlənmək istəsə də atası Trabzon imperatoru IV İohann və qardaşı David onu Osmanlı imperiyasına qarşı Ağqoyunlularla ittifaq bağlamaq üçün 1458-ci ildə Uzun Həsənlə evləndirir. Teodora bundan sonra Dəspinə (yunanca kraliça) Xatun kimi tanınmağa başladı.

Bu, müsəlman və xristian hökmdarları arasında ilk və əfsanəvi izdivaç olaraq bilinir.

banner

Əfsanəyə görə, “Sarı gəlin” mahnısı Ağqoyunlu hökmdarı Uzun Həsənin sifarişi ilə Dəspinə Xatuna yazılıb.

Dəspinə Xatunun dövlət işlərində də xüsusi rolu var idi. O, Venesiya respublikası ilə Ağqoyunlu dövləti arasında diplomatik əlaqələrin qurulmasında əsaslı rol oynamış, 1473-cü ildə Katerino Zeno ilə şəxsən görüşmüşdü. Ağqoyunluların Osmanlıları məğlub etdiyi Ərzincan döyüşündə Uzun Həsənə düşmənə rəhm etməməsini məsləhət görmüşdü.

O, 1507-ci ildə Diyarbəkirdə vəfat edib və Diyarbəkirdəki Müqəddəs Georgi kilsəsində basdırılıb.

Dəspinə xatun xatirələrdə ağıllı, vicdanlı, sədaqətli xatun, gözəl ana və Şah İsmayıl Xətainin nənəsi kimi qalıb.

Ləman Əsədli

lamanasadli01

Digər Kateqoriyalar

2023 © AzerVoice