Əsas səhifə » Dəccal nədir?

Dəccal nədir?

Azer Voice

Bakı, AzerVoice

Dəccal islam inancına görə, qiyamət əlamətlərindən biridir. Eyni zamanda Dünyanın axırına yaxın bir zamanda İsa əleyhissalam və Həzrəti Mehdi tərəfindən öldürüləcək zalım bir şəxsdir.

Bir hədisdə deyilir ki , bütün peyğəmbərlər öz ümmətlərinə kor və yalançı Dəccalın böyük bir fitnə və bəla olduğunu xəbər vermişdilər.Başqa bir hədisdə isə, “Məkkə və Mədinədən başqa heç bir ölkə yoxdur ki, Dəccal orada ayaq basmasın” –deyilir.

Dəccal peyğəmbərlik iddiasında olacaq, hər kəsin imanını məhv etməyə çalışacaq, ona inanmayanlara zərər verəcək.

banner

Dəccalın kimliyi, xüsusiyyətləri, fəaliyyəti, ölümü barədə fərqli rəvayətlər vardır. Əvvəlcə bunu qeyd edək ki, Dəccal məfhumuna yalnız İslamda deyil, digər dinlərdə də rast gəlirik. Həm yəhudi, həm də xristian dinində dünyanın sonuna yaxın şeytanın tərəfdarı olan bir varlığın zühur edəcəyi bildirilir. Xüsusilə, xristianlıqda bu mövzu daha qabarıq görünür.

“Dəccal” sözünün mənaları

“Dəccal” sözünün mənşəyi barədə nəzəriyyələr fərqlidir.

1. Bəzi dilçi alimlər “dəccal” sözünün ərəb dilində qətran mənasını verən “düceyl” sözündən qaynaqlandığını yazırlar. Cahiliyyə dövründə ərəblər öz dəvələrinin eyib və nöqsanlarını gözdən gizlətmək üçün onları qara qətranla boyayırdılar. Dəccal da qiyamət öncəsi bütün dünyanı qətran kimi yalan və zülmə bürüyəcək.

2. Ərəb dilində “dəcl” sözü yalan, iftira mənasını verir. Dəccal tanrılıq iddiası edib möcüzələr göstərdiyini söyləyəcək, sehr yolu ilə insanları aldadacaq, buna görə onun adı da yalanla bağlıdır.

3. Bəzi məlumatlara görə, ərəb dilində “dəcl” gəzib-dolaşmaq mənasını bildirir. Dəccal yer üzünü gəzib batili təbliğ edəcək deyə, adı da bu mənanı verir.

4. Örtmək, bürümək sözünün ərəb dilində qarşılıqlarından biri də “tədcil”dir. Dəccala ona görə bu adı veriblər ki, onun tərəfdarları çoxalıb yer üzünü bürüyəcək.

5. “Tədcil” felinin daha bir mənası qızıl suyuna çəkmək, qızıla tutmaqdır. Bir şeyin əsil dəyərini artırmaq üçün fırıldaqçılar onu qızıl suyuna çəkirlər. Dəccal da batilə haqq donu geyindirməklə insanları aldadacaq.

Digər Kateqoriyalar

2023 © AzerVoice