Əsas səhifə » Caynizm nədir?

Caynizm nədir?

Azer Voice

 Bakı,AzerVoice

Caynizm E.ə. VI əsrdə yaşamış  Vardamani (Mahavira) tərəfindən qurulmuş hind mənşəli dindir. Birincisi, milyonlarla il əvvəl yaşadığına inanılan Rishabhanatha, sonuncusu isə Mahavira olmaqla, 24 Cina (fateh) Caynizmin təlimçisi olduğu üçün mühüm sayılır.

Müqəddəs kitabları Mahaviranın moizələrindən ibarət Sidhantadır. Caynizmdə karmadan qurtulmaq və Nirvanaya çatmaq üçün münzəvi həyat zəruri sayılır.

Heç bir canlıya zərər verməmək (ahimsa) prinsipinə qatı şəkildə riayət edən caynistlər üçün sadəcə, ət məhsulları deyil, ovçuluq və əkinçilik kimi canlıların ölümünə səbəb olan peşələr də qadağandır.

banner

Asketizmə böyük əhəmiyyət verən Caynizmin iki mühüm məzhəbindən Diqambara (Səmageyimlilər) rahibləri geyimdən tamamilə imtina edir, Svetambara (Ağgeyimlilər) rahibləri isə tək bir ağ geyimlə kifayətlənirlər.

Digər Kateqoriyalar

2023 © AzerVoice