Əsas səhifə » Cabir Məmmədov kimdir?

Cabir Məmmədov kimdir?

admin

Bakı,AzerPress

Quba Rayon Mərkəzi Xəstəxanasının Ümumi Terapiya Şöbəsinin Müdiri Məmmədov Cabir İsrafil oğlu 1950-ci il iyunun 12 də anadan olub. 1966-cı ildə orta məktəbi medalla bitirib və daha sonra ildə Azərbaycan Tibb İnstitutuna qəbul olub və 1972-ci ildə eyni institutun Müalicə-Profilaktika fakültəsini bitirib.

Cabir Məmmədov 1972-1975-ci illərdə əlahiddə hərbi batalyonda tibbi xidmət rəisi olub.

1975-1980-cı illərdə təcili yardım stansiyasında həkim, sahə terapevti işləyən C. Məmmədov, 1980-1984-cü illərdə ərzində Quba Rayon Mərkəzi Xəstəxanasında baş həkimin müalicə işləri üzrə müavini vəzifəsində çalışıb.

banner

Daha sonra 1984-1985-ci ilərdə Quba rayonu Alpan kənd xəstəxanasında həkim çalışıb və 1985-1996-cı illərdə Quba RMX-da həkim-kardioloq kimi fəaliyyət göstərib.

1988-ci ildə Moskvada keçirilən Həkimlərin Ümumittifaq Qurultayında Azərbaycanı təmsil edib, Ali ixtisas dərəcəsi alıb, “SSRİ səhiyyə əlaçısı” döş nişanı ilə təltif edilib.

2013-cü ildə Prezident İlham Əliyevin sərəncamına əsasən “Tərəqqi” medalıyla təltif edilən C.Məmmədov, 2018-cü ildə cənab Prezidentin sərəncamına əsasən “Əməkdar Həkim” fəxri adına layiq görülüb.

50 il iş təcrübəsinə malik, əmək veteran Quba rayonun ictimai həyatında fəal iştirak edib. Belə ki, partiya təşkilat katibi, Quba Rayon Tibb İşçiləri Həmkarlar İttifaqının sədri, komitə üzvü, dəfələrlə Məntəqə Seçki Komissiyasının üzvü, sədri, Dairə Seçki Komissiyaslnın üzvü, rayon sovetinin deputatı olub.

Hal-Hazırda Quba Rayon Ağsaqqallar Şurasının üzvüdür. Yeni Azərbaycan Partiyasının üzvüdür.

2 qızı, bir oğlu, 6 nəvəsi var. 1996-cı ildən hal-hazıradək (26 il) Terapiya (Kardiologiya, Terapiya) Şöbəsinin müdiridir.

Digər Kateqoriyalar

2023 © AzerVoice